Icma.az
close
up
RU
Azərbaycan Türk dünyası ilə əlaqələrə önəm verərək, bu istiqamətdə uğurlu təşəbbüslərlə çıxış edir ŞƏRH AZƏRTAC

Azərbaycan Türk dünyası ilə əlaqələrə önəm verərək, bu istiqamətdə uğurlu təşəbbüslərlə çıxış edir ŞƏRH AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan hər zaman Türk dünyası ilə əlaqələrə önəm verərək, bu istiqamətdə uğurlu təşəbbüslərlə çıxış edir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) qlobal sistemdəki rolunun gücləndirilməsi bizim üçün əsas hədəflərdən birinə çevrilib. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanın yeni hədəfləri və xarici siyasət prioritetləri ilə bağlı önəmli mesajlar verərək bildirdi ki, “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O deyib: “Əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) artıq üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gücləndirilməsi üçün mühüm platformaya çevrilməkdədir. Qarşılıqlı etimad əsasında formalaşan münasibətlərin yol xəritəsinə nəzər yetirdikdə, Türk dünyasının yeni formalaşan dünya nizamındakı rolunun və təsirinin gücləndirilməsinin başlıca hədəf olaraq müəyyənləşdiyini aydın şəkildə müşahidə etmək olar. Azərbaycanın Türk dövlətləri ilə ümumi ticarət dövriyyəsinin bugünkü statistik göstəriciləri ortaq hədəflər istiqamətində gözləntilərə tam cavab verməsə də, bu göstəricilərin artırılması üçün yüksək potensial mövcuddur. Üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir çox addımlar atılıb, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması üçün müvafiq sazişlər imzalanıb. Ümumilikdə Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycanın təşəbbüsü ilə Türk dünyasında və qlobal sistemdə sülh və sabitliyi qorumaq, həmçinin sosial-iqtisadi rifahın gücləndirilməsi məqsədilə bir çox uğurlu layihələr həyata keçirilib”.

Aytən Qurbanova qeyd edib ki, regionda yaşıl enerji dəhlizinin yaradılması üçün mühüm addımlar atılır. Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bu layihələr yaşıl enerjiyə keçid istiqamətində xüsusi önəm daşımaqla yanaşı, bərpaolunan enerjinin istehsal edilən mərkəzlərdən hədəf istiqamətlərə daha təhlükəsiz və sürətli şəkildə çatdırılmasını da koordinasiya etməyi planlaşdırır. Onu da qeyd etmək lazımdır ki, bu layihə sadəcə Azərbaycan, Qazaxıstan və Özbəkistan ilə məhdudlaşmır və digər Mərkəzi Asiya dövlətlərin qoşulması üçün də açıqdır.

Deputatın sözlərinə görə, bütün bu təşəbbüslər bir daha aydın şəkildə göstərir ki, Azərbaycanın yeni hədəfləri sırasında Türk kimliyinin gücləndirilməsi və strateji tərəfdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi başlıca prioritet istiqamətdir. Heç şübhəsiz ki, Azərbaycanın irəli sürdüyü bu təşəbbüslər çərçivəsində strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin gələcək yol xəritəsinin daha güclü və dayanıqlı əsaslara sahib olduğunu aydın şəkildə ifadə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri