Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan SPECA ölkələri üçün tranzit mərkəzinə çevrilib

Nazir müavini: Azərbaycan SPECA ölkələri üçün tranzit mərkəzinə çevrilib

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Orta Dəhliz boyunca logistik imkanları gücləndirməklə SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri üçün tranzit və logistika mərkəzinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrənin Cenevrə şəhərində keçirilən SPECA-nın iqtisadiyyat üzrə nazirlərinin görüşündə deyib.

O qeyd edib ki, Azərbaycan SPECA çərçivəsində ticarət və nəqliyyat maneələrini azaltmaq üçün mühüm addımlar atıb.

E.Əliyev əlavə edib ki, proqram çərçivəsində ölkələr arasında uğurlu və çoxşaxəli əməkdaşlıq qlobal çağırışlar şəraitində regionda sabitliyin təmin edilməsində əhəmiyyət kəsb edir. Bu baxımdan, bölgənin davamlı inkişafını dəstəkləmək məqsədi ilə müzakirələr vacibdir. Qeyd olunub ki, Azərbaycanın SPECA-ya üzv ölkələrlə ticarət tərəfdaşlığı genişlənir. Ötən il Azərbaycanla Proqramın iştirakçı dövlətləri arasında ticarət dövriyyəsi 1,1 milyard ABŞ dollarından çox, bu ilin yanvar-fevral aylarında isə 191 milyon ABŞ dollarından çox olub.

Bildirilib ki, 2024-cü ilin sentyabrında BMT-nin himayəsi altında yaradılmış SPECA Çoxtərəfli Etimad Fondu birgə layihələrin maliyyələşdirilməsində mühüm rol oynayacaq. SPECA-nın 2030-cu ilə qədər İnkişaf Konsepsiyasının həyata keçirilməsi isə iştirakçı dövlətlərin çoxşaxəli inkişafına töhfə verəcək.

İclasda SPECA çərçivəsində qəbul edilmiş strateji sənədlərin icrası, ticarət və nəqliyyat potensialının reallaşdırılması, qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi, Orta Dəhliz boyu multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi, SPECA Çoxtərəfli Etimad Fondunun maliyyə mexanizmləri və s. haqqında müzakirələr aparılıb.

Tədbirdə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiyah Alişahbana (video müraciət vasitəsilə), Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodjamurad Geldımuradov, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Arman Kasenov, Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Sanjarbek Bolotov, Tacikistanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Şaraf Şeralizoda, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin birinci müavini Nozimdjon Xolmurodov, Gürcüstanın xarici işlər nazirinin müavini Georgi Zurabaşvili, Türkiyənin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Burak Akçapar və Macarıstanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Zofia Havasi çıxış ediblər.

SPECA Rəhbər Şurası çərçivəsində Türkiyə, Macarıstan, Gürcüstanın iştirakı ilə geniş tərkibli iclas keçirilib. İclas Orta Dəhliz boyu nəqliyyat, logistika və enerji bağlantılarının artırılması istiqamətində əməkdaşlığın təşviqinə yönəlib.

Görüşlərin ardınca BMT-nin Cenevrə ofisində “Orta Dəhliz boyu ticarət və nəqliyyat əlaqələrinin artırılması” mövzusunda yüksək səviyyəli təqdimat keçirilib. Tədbir Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Orta Dəhliz ölkələrinin – Azərbaycan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Daimi Nümayəndəlikləri tərəfindən birgə təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd Orta Dəhliz imkanları və dəhliz boyu yerləşən ölkələrin potensialını təqdim etmək, Orta Dəhliz ölkələri ilə nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi üzrə çoxtərəfli əməkdaşlığı təşviq etmək, habelə bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri arasında tərəfdaşlıq imkanlarının yaradılması olub.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, kənd təsərrüfatı, ticarət, maliyyə, nəqliyyat-logistika, enerji və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin, akademik dairələrin nümayəndələri və ekspertlər iştirak ediblər.

Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov və Türkmənistanın daimi nümayəndəsi Vepa Hacıyev açılış nitqi ilə çıxış ediblər.

Orta Dəhliz ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri dəhliz boyunca ticarət, nəqliyyat, enerji infrastrukturu, rəqəmsallaşma və sərhəd keçidlərinin sadələşdirilməsi sahəsində investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri