Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsinin artırılması üçün potensial var

Nazir müavini: Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsinin artırılması üçün potensial var

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Tacikistanın paytaxtı Düşənbədə keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 19-cu sessiyasının ilk iclasında bildirib.

Onun sözlərinə görə, SPECA üzrə məqsədlərin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş müşahidə olunur: "Proqram ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat, enerji, kənd təsərrüfatı və texnologiya kimi əsas sektorlarda fəal əməkdaşlıq buna misaldır".

Nazir müavini qeyd edib ki, gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin asanlaşdırılması artıma əlverişli imkanlar yaradacaq.

S.Bəşirli deyib ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və innovativ layihələrin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib: "Bu addımlar regionda biznes fəaliyyətinin genişlənməsinə və investisiyaların artmasına töhfə verir".

Qeyd edək ki, tədbirdə SPECA işçi qruplarının, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) katibliklərinin Proqramla bağlı hesabatları dinlənilib, müzakirələr aparılıb. Tədbirdə ticarətin rəqəmsallaşdırılması, investisiyalar və digər sahələrdə regional əməkdaşlığı nəzərdə tutan “Düşənbə Bəyannaməsi” qəbul olunub.

Proqramın əhatə etdiyi regionda "yaşıl inkişafa" həsr olunmuş SPECA 2024 İqtisadi Forumunda SPECA-nın hazırkı sədri - Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın çıxışında, UNESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbananın və UNECE-nin icraçı katibi Tatyana Molçanın videomüraciətlərində "yaşıl inkişaf" çağırışlarının öhdəsindən gəlmək üçün bölgədə dialoq və birgə təşəbbüslərin vacibliyi önə çəkilib. Bildirilib ki, forum yüksək səviyyəli siyasi dialoq üçün platforma rolunu oynayır.

Qeyd edilib ki, Azərbaycan enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş "yaşıl inkişaf strategiyası"nı fəal şəkildə davam etdirir və bu istiqamətdə regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir sessiyalarla davam edib. Müzakirələrdə vurğulanıb ki, regionda iqlim çağırışları fonunda davamlı iqtisadi artım modellərinə keçid üçün enerji transformasiyası, resursların davamlılığı və innovativ strategiyaların tətbiqi zəruridir.

SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında isə qeyd olunub ki, açılışı COP29 çərçivəsində elan edilmiş Fond iştirakçı dövlətlər arasında inkişaf proqramlarının birgə hazırlanması və həyata keçirilməsi üçün çevik və inklüziv maliyyələşdirmə mexanizmidir. Fond regionda dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlıq platforması rolunu oynayacaq. Qurum SPECA regionunda iqtisadi əməkdaşlığın təşviqi, davamlı inkişaf və inteqrasiya üçün stimul yaradılmasına xidmət edəcək.

İclasda fondun fəaliyyətinə dair müzakirələr aparılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri