Nazir müavini: Azərbaycanda internetə çıxış səviyyəsi dünya ortalamasını üstələyir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 1 may, AZƏRTAC
Rəqəmsal platformalar əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrilib. Araşdırmalar göstərir ki, ən çox internetə çıxışı olan Çin Xalq Respublikasıdır və burada bir milyarddan çox əhalinin internetə çıxışı var. İnkişaf etmiş ölkələrin əhalisinin 90 faizindən çoxunun belə imkanları var. Lakin inkişafda olan ölkələrin cəmi üçdəbir hissəsinin internetə çıxışı var ki, bu da çox aşağı səviyyədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.
O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir.
“Hazırda Elm və Təhsil Nazirliyində “Microsoft” analitik platforması tətbiq olunur və növbəti mərhələdə süni intellekt əsasında analitikanın tətbiqi nəzərdə tutulur. İnformasiya sistemlərində isə təhsil məlumatlarının bütün inzibati səviyyələrdə rəqəmsallaşdırıldığını qeyd etmək istərdim. Növbəti mərhələdə əsas inzibati proseslərin yenidən qurulması və dövlət platformaları ilə tam inteqrasiya olunması nəzərdə tutulur. Təbii ki, bunun üçün müvafiq infrastruktur tələb olunur. Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq”, - deyə F.Qurbanov vurğulayıb.
Hazırda ölkədə hər 6 şagirdə bir kompüter düşdüyünü deyən nazir müavini əlavə edib: “Bizim əsas hədəfimiz hər bir şagirdə bir kompüter nisbətini təmin etməkdir. Yadıma gəlir, 2000-ci illərin əvvəllərində 1062 şagirdə bir kompüter düşürdü. Hazırkı statistik göstərici isə ölkəmizin bu sahədəki yüksək inkişaf tendensiyasını göstərir".
Müxbir - Aytac Haqverdiyeva
Fotoqraf - İlqar Cəfərov
Operator - Namiq Abdullayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 01 May 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















