Icma.az
close
up
RU
Nazir müavini “Gələcək təhsil liderləri”nin mükafatlandırma mərasimində Fotolar

Nazir müavini “Gələcək təhsil liderləri”nin mükafatlandırma mərasimində Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, “bp”nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi qonaqlar, təhsil ictimaiyyəti və ekspertlər iştirak ediblər.

Əvvəlcə layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev müsabiqə ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, müsabiqə ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da 2024-cü ildən keçirilir.  “bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən müsabiqənin I mövsümünün qaliblərinin mentorluq proqramı uğurla tamamlanıb, eləcə də 2025-ci ilin fevral-may ayları ərzində müsabiqənin II mövsümü təşkil olunub. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkənin siyasi və sosial-iqtisadi istiqamətlərinin inkişafı şəraitində cəmiyyətin müxtəlif sahələrində potensial liderlərin formalaşması problemi aktuallaşır. Millətin istedadlı liderləri fondunun yaradılması probleminin həlli – effektiv liderlərin formalaşmasına şərait yaradan mühitin yaradılması olacaq. Hazırda peşə təhsili qarşısında yalnız əmək bazarını kompetent mütəxəssislərlə təmin etmək deyil, həm də şəxsi inkişaf və peşəkar yüksəliş imkanlarını təmin etmək vəzifəsi durur. Bu da liderlik keyfiyyətləri aydın şəkildə formalaşmış şəxslərin inkişafını da əhatə edir.

Təhsilin gələcək liderlərindən tələb olunan keyfiyyətlərə toxunan nazir müavini əlavə edib ki, bizi gələcəkdə hansı çağırışların, necə problemlərin gözlədiyini bilmirik və bu baxımdan qarşıya çıxacaq istənilən problemi həll etməyi bacaran məzunlar olmalıdır. Firudin Qurbanov qeyd edib ki, tələbələr üçün liderlik, ilk növbədə, sosial fəallıq və ya aktiv həyat mövqeyi deməkdir. Bu, ali məktəbi yeni bitirən gənc üçün son dərəcə faydalıdır. Çünki belə mövqe işəgötürənlərin marağındadır. Sosial cəhətdən fəal tələbələr arasında bugünkü liderlər gələcəkdə rəhbər, ictimai və siyasi liderlər kimi cəmiyyətdə və sosial institutlarda fəaliyyət göstərə bilərlər. 

Nazir müavini qeyd edib ki, təhsili ictimai fəaliyyətlə uğurla birləşdirən tələbənin gələcəkdə kollektivi idarə etməsi və ya ən azı onun qeyri-rəsmi liderinə çevrilməsi ehtimalı daha yüksəkdir. Belə tələbə kollektivin psixoloji atmosferinə, şəxslərarası münasibətlərə, əməkdaşların vəzifələrini yerinə yetirmə keyfiyyətinə və sürətinə təsir edə bilər.

Sonda “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. 

Tədbirdə həm də müsabiqənin İşçi qrupunun üzvləri, ekspertləri və ötən ilin qalibi olaraq mentorluq proqramını uğurla tamamlayan tələbə və məzunlar mükafatlandırılıblar.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri