Icma.az
close
up
RU
“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı,12 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün final mərhələsi keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

“bp Azərbaycan” şirkətinin sponsorluğu ilə keçirilən, əsas məqsədi universitetin istedadlı tələbələrini aşkar etmək, onların peşəkar inkişafına dəstək göstərərək gələcək kadr bankı formalaşdırmaq olan müsabiqənin finalında 102 nəfər iştirak edib. Komandalar daxilində qiymətləndirmə konfransları formatında təşkil edilən final mərhələsində iştirakçıların kommunikasiya və komanda ilə iş, liderlik, sosial məsuliyyət, effektiv və strateji düşüncə, nəticəyə yönəlmə, dəyişikliklərin idarə edilməsi və layihə idarəetməsi kimi bacarıqlarını qiymətləndirən müxtəlif keyslər təqdim olunub.

Rektor professor Cəfər Cəfərov və ADPU-nun qonağı olan Türkiyənin Atatürk Universitetinin sabiq rektoru, Üsküdar Universitetinin rektor köməkçisi professor Hikmət Koçak müsabiqə iştirakçılarına uğurlar arzulayıb, öz tövsiyələrini səsləndirərək, bu təşəbbüsün tələbəlik dövründən peşəkar idarəetmə təcrübəsi qazanmaqda gənclər üçün unikal fürsət yaratdığını qeyd ediblər.

Keyslərdə hazırda müxtəlif sektorlarda uğurlu fəaliyyət göstərən ADPU məzunları və əməkdaşlarından ibarət ekspertlər tərəfindən meyarlar üzrə iştirakçıların bacarıqları qiymətləndirilib. Layihə təqdimatı hissəsində isə münsiflər heyəti komandaların təhsilin inkişafı, ekologiya, rəqəmsallaşma kimi istiqamətlərdə hazırladıqları layihə təkliflərini dəyərləndiriblər. Münsiflər heyətində ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, Pedaqoji Kollecin direktoru dosent İsrayıl İsgəndərov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, eləcə də universitetin məzunları - Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Məktəbəqədər təhsil layihələri departamentinin müdiri, layihə meneceri, ADPU-nun SABAH qruplarının müəllimi Orxan Cəfərov və “Edumap” təhsil portalının təsisçisi Rasim Abdurahmanov təmsil olunublar.

Müsabiqənin qaliblərinin yaxın günlərdə elan olunacağı gözlənilir.

ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə ADPU tərəfindən 1000 manat məbləğində pul mükafatı və “bp Azərbaycan”dan” dəyərli hədiyyələr, eləcə də Təşkilat Komitəsinin təyin etdiyi mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq şəhadətnamə veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim edilir. Mentorlar universitet rəhbərliyi və tərəfdaş qurumların rəhbər şəxsləri arasından seçiləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri