Nazir müavini: İnnovasiyaları reallaşdırmağın böyük əhəmiyyəti var
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 19 fevral, Günel Türksoy, foto Səfiyar Məcnun, AZƏRTAC
"Gələcəyin bacarıqları" layihəsi ölkənin gələcək uğurlu inkişafı üçün mühüm layihədir. Gələcəkdə hansı bacarıqların tələb olunacağını indidən demək çətindir. Elm və texnologiyalar sürətlə inkişaf edir. Ancaq təhsil sistemi texnologiyaları qabaqlamır. Təhsil sistemi gələcəkdə hansı peşələrə tələbat olacaqsa, o istiqamətdə kadr hazırlamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan IV "TUSİ" inkubasiya proqramının “Demo Day” tədbirində çıxış edərkən deyib.
Nazir müavini qeyd edib ki, tələbələr məzun olduqdan sonra əmək bazarında iş axtarırlar: "Elə universitetlərin tələbələri var ki, onları əmək bazarı artıq axtarır. Bu gün dünyanın böyük universitetləri gələcək üçün necə məzun hazırlamağı düşünür. Tələbə universiteti bitirdikdən sonra iş axtarmamalıdır, iş yeri açmalıdır. Buna nail olmaq çətindir, ona görə də innovasiyaları reallaşdırmağın çox böyük əhəmiyyəti var. Tələbələrdə kreativ düşüncə, ideyaların məhsula çevrilməsi, adaptasiya prosesi formalaşmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















