“ASAN xidmət”in innovasiyaları BMT tədbirində
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
1–4 sentyabr 2026-cı il tarixində Tailandın Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin 10-cu sessiyası və İnformasiya və Kommunikasiya Texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin 5-ci iclası keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, BMT-nin Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin Qabaqcıl Texnologiyalar və Ağıllı Dövlət Xidmətləri İşçi Qrupunun sədri Semral Əliyev sessiyada iştirak edib. O, dövlət xidmətlərinin təqdim edilməsində “ASAN xidmət” modelinin əhəmiyyəti, vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin dizaynı və əlçatanlığının müasir metodlarla təmin edilməsi, həmçinin bu sahədə tətbiq olunan süni intellekt həlləri və açıq innovasiya yanaşmaları barədə məlumat verib.
Əsas məqsəd region ölkələri arasında innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə modellərinin, eləcə də dövlət xidmətlərinin göstərilməsində yeni texnologiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələrin paylaşılması olub.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının üzv ölkələrinin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“ASAN xidmət”in innovasiyaları BMT nin Qazaxıstan tədbirində
02 İyul 2026 12:49
ASAN xidmət in fəaliyyəti BMT nəşrində işıqlandırılıb
07 İyul 2025 12:34
BMT rəsmisi “ASAN xidmət”də
15 Noyabr 2024 14:48
BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır
18 İyun 2026 10:18
Baxış sayı:75
Bu xəbər 07 Sentyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















