Nazir müavini: Peşə məktəblərinə qəbul sayını iki dəfə artırmalıyıq
Apa.az saytına istinadən Icma.az xəbər verir.
"Peşə təhsili müəssisələrində 40 mindən artıq tələbə təhsil alır".
APA xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, peşə təhsili üzrə dövlət sifarişli yerlərin sayı 84 faizdir: “Orta təhsil xərcimizin məbləği 2700 manatdır. Bundan əlavə, məktəbəqədər təhsil müəssisəsində bir təhsil alana 4500 manat vəsait xərcləyirik”.
İdris İsayev qeyd edib ki, yeni peşə təhsil müəssisələrinin tikilməsi nəzərdə tutulur: “Orada əsasən dövlət sifarişli yerlər olacaq. Peşə məktəblərinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrinin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağıq ki, müəyyən edilmiş hədəfləri reallaşdıraq”.
O qeyd edib ki, bu il peşə məktəblərinə 27 mindən artıq tələbə qəbul olunub.
Gülcahan Məmmədova
Günay Elşən


