Icma.az
close
up
RU
Peşə məktəblərinə gedək, peşə öyrənək...

Peşə məktəblərinə gedək, peşə öyrənək...

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaxt var idi ki, oxuyan təhsil ardınca gedirdi, oxumayan da özünə bir sənət, peşə seçirdi. Sənədlərini ya 8-ci sinifdən, ya da tam orta təhsili başa vurduqdan sonra peşə məktəblərinə verib bir peşənin sahibi olmağa çalışanlar var idi. Bunu övladlarına valideynlər də məsləhət bilir, ona peşə seçməsində bacarıqlarını əsas götürməklə kömək edirdi. Beləliklə də bir məktəbin sonuncu sinfini bitirən gənclərin təxminən 10-u ali məktəbə, 3-5-i orta ixtisas məktəblərinə, 4-5-i isə peşə məktəblərinə daxil olurdu. Peşə məktəblərində isə onlar elə yetişdirilirdi ki, sabah peşələrinin sahibinə çevrilir, həm dövlətə, cəmiyyətə xeyir verir, həm də öz ailə büdcələrini yarada bilirdilər.

Cəmiyyətdə baş verən 3 hadisə

Bəs sonra necə oldu? Haradasa, 90-cı illərin sonlarından etibarən cəmiyyətimizdə 3 hadisə bir-birini izləməyə başladı. Birincisi, insanlar yeni bir xəstəliyə mübtəla oldu- kütləvi şəkildə ali təhsil almaq xəstəliyinə. Deməli, bu xəstəliyin patologiyası belə idi ki, hamının uşağı təhsil almalıdır. Oxudu, oxumadı, uşaqlar təhsilli olmalıdır. İkincisi, bu, bir dəbə çevrildi. Bütün valideynlər övladlarının ali təhsil alması üçün əllərindən gələni etməyə başladılar. Üçüncüsü isə bu oldu ki, bəhsəbəs cəmiyyəti ağzına aldı. Filankəsin uşağı oxudu, mənimki nə üçün oxumasın, qonşunun uşağı ali məktəbə girdi, mənimki nə üçün geri qalsın. Sağ olsun, ozamankı Dövlət İmtahan Komissiyası da bütün bunlar üçün çox optimal şərait yaradırdı. Yəni, gündən-günə balları aşağı endirib, ödənişli ixtisasların sayını artırmaqla valideynlərə kredit götürüb, borc alıb uşaqlarını universitetlərdə oxutmalarına şərait yaradırdı. Bu isə cəmiyyətin taleyində baş verən 3 hadisənin tələbatını artıqlaması ilə ödəyirdi. Odur ki, artıq peşə məktəblərinə ehtiyac qalmırdı. Yəni, kütləvi şəkildə peşə məktəblərindən uzaqlaşma başlamışdı. Uşağının peşə məktəbində oxumasını sanki valideynlər özlərinə sığışdırmırdı.

Həmin illərin statistik göstəricilərinə nəzər salınsa, dediklərimiz təsdiqlənər ki, peşə məktəblərinə qəbulun səviyyəsi tamamilə aşağı enmişdi. Hələ arada bəzi peşə məktəbləri bağlandı. Və yaxud da sayları azaldıldı. Nəticədə isə universitetlərdə təhsil alanların sayı artdı. Oxumayanlar isə heç bir bacarığı və ya peşə təhsili olmadığına görə özlərinə iş tapmaqda çətinliklərlə üzləşdilər.

Həmçinin də universitetə aşağı balla daxil olanlar iş tapmaqda çətinlik çəkdilər. Çünki işləmək üçün yenə də imtahan tələb olunurdu. Bu imtahanlarda isə suallar çətin olduğu üçün 200-250 bal ilə universitetə daxil olanların bu suallar qarşısında məəttəl-məəttəl baxmaqdan başqa çarəsi yox idi.

Hansı ki...

Bəli, hansı ki, bütün dövrlərdə peşə sahibləri olub ki, onlara el arasında “sənətkar”, “usta” adları verilib. Məsələn, sürücülər tanımışıq ki, onlara yaşadığı rayonda hər kəs “usta” deyə müraciət edirdi. Çünki sənətinin sahibi idi. İllərlə insanları ən ucqar dağ kəndlərinin abadlıqdan kənar yolları ilə rayon, şəhər mərkəzlərinə aparıb gətirmiş, çalışdığı dövrdə heç bir qəza olmamışdı.

Avtomobil təmiri ilə məşğul olan peşə sahibləri tanımışıq ki, necə deyərlər, əlləri qızıl kəsib. Yaşadığı ərazidə heç də ən yüksək vəzifədə çalışanlardan pis dolanmayıb. Qazancı əla olub. Nə üçün? Çünki sənətinin sahibi olub. Qarşısına qoyduğu məqsədə müvəffəqiyyətlə çatıb, olub usta. Həm hörməti olub el arasında, həm də qazancı.

Zərgərlər tanımışıq, həqiqətən də əlləri zərgər insanlar. Onların çox böyük zövqlə və incəliklə hazırladıqları zinət əşyaları hər kəs tərəfindən təqdir olunub, sifariş sifariş üstünə gəlib. Qazancı da heç də müəllim, həkim, mühəndislərdən aşağı olmayıb.

Diş texnikləri tanımışıq. Evində və yaxud da yaşadığı kənd, qəsəbə, şəhərdə hansısa binanın bir-iki otağını kirayələyərək çalışıb. Bu işi görməsi üçün heç orta ixtisas tibb təhsili də olmayıb. Sadəcə kurslarda iştirak edib, peşənin sirlərini öyrənib. Həmin adamlar ölənədək də diş texniki kimi çalışıblar. Xəstələri də dəstə-dəstə gəlib. Çünki seçdikləri peşəni dərindən öyrəniblər. Qazancları da əsla təhsilli adamların qazancından geri qalmayıb.

Dülgərlər tanımışıq, adları yaşadıqları mahalla bir olub. Onların düzəltdiyi qapı-pəncərələr indi də evlərin yaraşığıdır. Böyük zövqlə, keyfiyyətlə taxta üzərinə köçürdüyü məharəti həmişə, necə deyərlər, müştərisini baş üzərində edib belələrinin. İnsanlar qapı, pəncərə düzəltdirmək üçün aylarla növbə gözləməli olublar. Bu ustaların evləri də, həyətləri də, dolanışıqları da ən yüksək vəzifədə çalışanlardan yaxşı olub.

Dərzi, pinəçi, daş ustaları, xalçaçı, tərəvəzçilər tanımışıq ki, əlləri zərgər olub. Nəinki yaşadıqları yerdə, qonşu şəhər-kəndlərdə də məşhur olublar. Onların sorağı ilə insanlar kəndbəkənd, şəhərbəşəhər gəlib işlərini onlara gördürməyi məsləhət biliblər. Onlar da ki, hər zaman ən yüksək səviyyədə yaşayıblar. Əllərinin zəhməti, alınlarının təri ilə özləri üçün hərtərəfli şərait yaradıblar. Heç də təhsili olanlardan geri qalmayıblar.

Kamil bir palançı və ya yarımçıq papaqçılıq...

Beləliklə də bu qənaətə gəlmək olar ki, bəli, dahi şairimiz Nizami Gəncəvinin də dediyi kimi, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bəli, istər orta ixtisas, ali, magistratura, aspirantura, istərsə də hər hansı peşə təhsili olsun, sənətə və peşəyə kamilcəsinə yiyələnmək, onu sevmək ən üstün cəhətlərdəndir. Belə olan təqdirdə ailən üçün hər zaman qazancın olacaq. Belə olan təqdirdə heç kimin qarşısında gülünc vəziyyətdə qalmayacaqsan.

Belə isə nə üçün bu gün övladlarımızı peşə öyrənmək üçün peşə məktəblərinə yollamırıq və yaxud da hər hansı usta yanına qoymuruq. Nə üçün yenə də həmin 3 iddianı davam etdiririk? Xəstəlik, dəb və bəhsəbəs iddialarını. Axi bilə-bilə ki, övladımız müəllim olmaq üçün yetərli savada malik deyil, mühəndis, tibb bacısı, feldşer, hərbi rəhbər, psixoloq (onlarla saya biləcəyimiz ixtisaslar var) olmaq üçün qabiliyyəti, bacarığı, səriştəsi yoxdur, onu nə üçün oxumağa vadar edirik, nə üçün illərlə ailə büdcəsinə ziyan vuraraq onu müəllim yanına hazırlıqlara göndəririk? Sonda isə görürük ki, həqiqətən də bu uşaq bu sahələr üçün yaranmayıb. Biliyi, dünyagörüşü, xüsusilə də istək və arzusu müəllim, həkim, tibb bacısı, mühəndis olmaq üçün deyil. O, bu sənətlərdə özünü tapa bilmir. Elə bu səbəbdəndir ki, indi cəmiyyətimizdə yüzlərlə insan var ki, hər hansı bir təhsili alıb, lakin gözəllik salonlarında manikürçü, saç kəsən, mağazalarda satıcı, idarə, müəssisələrdə texniki işçı kimi çalışır. Bu, onun göstəricisidir ki, valideynlərinin iddiaları ilə zorla bir ali təhsil alıb, artıq özünü dərk edəndən sonra isə düşünüb ki, yox, bu sahə mənlik deyil. Yenidən hər hansı kursa, təlimə getməklə bacardığı işin qulpundan yapışmağa çalışıb.

Bax, bu da son nəticə: ali təhsilli manikürçü, dərzi, pinəçi, fəhlə və sair.

Belə isə...

Düşünməyə dəyər. Hələ də cəmiyyətimizdə ali təhsillə bağlı xəstəliyin, dəbin və bəhsəbəhsin tüğyan etdiyi bir şəraitdə söyləmək yerinə düşər ki, düşünmək gec deyil. Özümüzə əziyyət verməyək. Qazandığımızı digər övladlarımızın ruzisindən kəsib hazırlıqlara verməyək. Uşaqlarımızın kiçik yaşlarından hansı peşəyə, sənətə maraqları olduğunu kəşf edək. Böyüdükcə onları istədikləri sahələrə istiqamətləndirək. Qoy onlar ali təhsilli də olsunlar, orta ixtisas təhsilli də. Qoy onlar dərzi, dülgər, manikürçü, tərəvəz ustası, xalçaçı, zərgər də olsunlar. Hazırda ölkəmizdə fəaliyyət göstərən peşə təhsili məktəblərində onlarla peşə təklif olunur. Onlardan yararlanmağa çalışmaq lazımdır.

Baxmayaraq ki, bu gün də Dövlət İmtahan Komissiyası tərəfindən ballar endirilir. 200 bal toplayan abituriyentlərin ali məktəblərdə təhsil almaları üçün şərait yaradılır. Lakin gəlin valideyn olaraq özümüz daha dərindən düşünək. Bizə bunların hansı sərf edir? 2-3 il hər ay 100-200 manat verib hazırlığa göndərdiyimiz uşaqlarımızın son nəticə olaraq 200 bal toplayıb ali təhsil almasımı, yoxsa elmə marağının olmadığını hiss etdiyimiz andan etibarən hər hansı bir peşəyə yönləndirilməsimi? Onsuz da oxumaq həvəsi olmayan gənc ali təhsil alsa da, özünü başqa bir peşədə tapacaq. Belə isə ailə büdcəsinə zərər vurmağa dəyərmi?

Axı peşələr də cəmiyyət üçün gərəkdir. Bəs hər birimiz ali təhsil alıb müəllim, mühəndis, həkim və sair olacağıqsa, bizim paltarımızı kim tikəcək, dırnaqlarımızı kim manikür edəcək, saçlarımızı kim kəsəcək, maşınımızı kim təmir edəcək, xəyalımızdakı zinət əşyasını və yaxud qapı-pəncərələrimizi kim düzəldəcək?..

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri