Icma.az
close
up
RU
Nazir müəllimlərdən alma , şaftalı kimi səhvlər tapmayıbsa, deməli, irəliləyiş var Etibar Əliyev

Nazir müəllimlərdən alma , şaftalı kimi səhvlər tapmayıbsa, deməli, irəliləyiş var Etibar Əliyev

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Nazir müəllimlərdən "alma", "şaftalı" kimi belə səhvlər tapmayıbsa, deməli, irəliləyiş var. Müəllim imtahandan heç vaxt çəkinməməlidir. İstər sertifikasiya imtahanı olsun, istər MiQ imtahanı, istərsə də digər imtahanlar. Bu, çox maraqlı mövzudur. Bizim müəllimlərin ən böyük qüsuru ondan ibarətdir ki, onların böyük hissəsi mütaliə etmir. Yəni müəllim konkret olaraq standartlara uyğun olan və təsdiq olunmuş proqramlarda yazılmış dərsliklərlə kifayətlənməməlidir. Geniş mütaliə vacibdir ki, şagirdlərinə də məlumat versinlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev sertifikasiyaya imtahanında müəllimlərin uğursuz nəticə əldə etməsindən danışarkən bildirdi.

"Bu sertifikasiya imtahanları artıq neçə ildir ki, tətbiq olunur. Elə indi də nəticələr ümumi olaraq ürəkaçan deyil. Mən imtahan sualları nə qədər çətindir, asandır deyə bilmərəm, amma əslində onlar buna bir növ hazırlaşmalı idilər. Əgər müəllim imtahana hazırlaşmır və ya hazırlaşa bilmirsə, aşağı nəticə göstərirsə, deməli, o, tədris prosesinə də bu cür məsuliyyətsiz yanaşır. Verdiyi biliklər də o zaman səthi xarakter daşıyır. Səthi xarakter daşıması, şübhəsiz, DİM-in keçirdiyi imtahanlarda özünü açıq şəkildə göstərir. Bunlar bir-biri ilə çox məntiqi şəkildə bağlı olan məsələlərdir. Yəni orta məktəb şagirdləri 40–60%-ə qədər dərsi, mövzunu mənimsəyə bilmirlər. Bu, tədris zəifliyi ilə bağlıdır".

Ekspert qeyd etdi ki, öyrətmək hər zaman öyrənməkdən çətin olub.

"Ona görə də bu sertifikasiya imtahanları da göstərir ki, müəllimlər hazırlaşmırlar. Oxuduqlarını, keçdiklərini gəlib test vasitəsilə şagirdlərə mənimsəmə adıyla dərslər keçirlərsə, bu, yetərli deyil, yetərli ola da bilməz. Buna görə də düşünürəm ki, aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır. Mənim düşüncəmə görə məktəbdə qala bilməzlər. Bir neçə ildir ki, sertifikasiya imtahanı keçirilir. Bu aşağı nəticə də onu göstərir ki, bunlar hazırlaşa bilmirlər. Keçdikləri fənni bilmirlər. Bu, ondan irəli gəlir ki, köhnə dərs deyən müəllimlər mütaliə etmirlər, bilik dairələrini genişləndirmirlər. Yeni pedaqoji fəaliyyətə cəlb olunanlar isə hələ oxuduqları ali məktəblərdəki keyfiyyətsiz təhsillə kifayətlənirlər. Yəni müəllim hər gün öz üzərində işləməlidir. Hər gün bilik axtarışında olmalıdır. Bu, təhsil qanununda var. Təhsil alanların və təhsil verənlərin öz funksiyası var. Bu mənada mən düşünürəm ki, bu imtahanın özü bir göstəricidir. Əgər testlər çətinləşdirilsəydi, lap çox müəllim kəsilmiş və ya aşağı nəticə əldə etmiş olardı. Ona görə də bunun özü çox ciddi siqnaldır. Bu, bir həyəcan təbilidir ki, müəllim imtahan verə bilmir. Müəllim imtahan verə bilmirsə, şübhəsiz ki, onların hazırladığı şagirdlər də zəif olacaq", - deyə Etibar Əliyev vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see344

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see237

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see168

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see136

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri