“Nazir olanda fərqli düşünürdü” Putin Dumaya keçən Matytsinlə zarafat etdi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin keçmiş idman naziri, hazırda Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin rəhbəri olan Oleq Matytsinlə bağlı maraqlı zarafat edib.
Globalinfo.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin bunu Rusiya Federasiyasında mədəniyyət və idmanın inkişafına həsr olunmuş müşavirədə deyib.
Müşavirə zamanı Matytsin idman təşkilatlarının adlarında “federasiya”, “birlik” kimi ifadələrin yalnız akkreditə olunmuş qurumlar tərəfindən istifadə edilməsini təklif edib. O, bunun federal səviyyədə qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğulayıb.
Putin isə təklifə cavab olaraq İdman Nazirliyinə bu cür qərarları qəbul etmək səlahiyyətinin verilməsini irəli sürüb. Lakin Matytsin bu məsələyə daha sistemli yanaşma gərəkdiyini deyib.
Prezident zarafatla bildirib ki, Matytsinin baxışları Duma üzvü olduqdan sonra dəyişib:
“O, nazir olanda düşünürdü ki, hər şeyi nazirlik səviyyəsində həll etmək lazımdır. İndi isə Dumada işləyir və hesab edir ki, hər şey normativ baza vasitəsilə tənzimlənməlidir”.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Noyabr 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















