Vladimir Putin Dumaya seçkidə onlayn səs verib Video
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin vahid səsvermə günündə iştirak edərək doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkisində onlayn formada öz səsini verib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçısı səsverməni öz iş otağında həyata keçirib.
Son illər ərzində Putin səsvermə prosesində elektron üsuldan istifadə etməyə üstünlük verir. Belə ki, 2024-cü ildə o, həm prezident, həm də Moskva Şəhər Duması seçkilərində onlayn formatda iştirak etmiş, daha əvvəl isə payızda keçirilən vahid səsvermə günündə, o cümlədən Moskva merinin seçkisində məsafədən səs vermişdi.
Qeyd edək ki, sentyabrın 18-dən 20-dək davam edən vahid səsvermə günündə doqquzuncu çağırış Dövlət Duması deputatlarının seçkisi keçirilir. Federal seçki dairəsi üzrə namizədlər siyahısına 10 siyasi partiya daxil edilib: Vahid Rusiya Partiyası, Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Yeni İnsanlar, Ədalətli Rusiya Partiyası, Pensiyaçılarının Sosial Ədalət Partiyası, Rusiya Kommunistləri, Vətən Partiyası, Rusiya Ekoloji Yaşıllar Partiyası və Birbaşa Demokratiya Partiyası. Eyni zamanda, 39 regionun qanunverici məclislərinə və RF subyektlərinin ali vəzifəli rəhbərlərinin seçkiləri (8 regionda birbaşa, 3 regionda isə regional parlamentlərin seçimi ilə) baş tutur. Ümumilikdə 23 minə yaxın mandatın sahibini tapması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 18 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















