Icma.az
close
up
RU
Nazir Qarabağda təsərrüfatlara baş çəkib

Nazir Qarabağda təsərrüfatlara baş çəkib

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində nazir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb, Kəlbəcər şəhərinin Baş Planına əsasən tikinti işlərinin sürətlə davam etdirildiyi qeyd olunub. Nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə əyani tanış olublar.

Daha sonra Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı mövzusuna həsr olunmuş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Nazirliyin və xüsusi nümayəndəliyin məsul şəxsləri və fermerlər iştirak ediblər.

İclasda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, Kəlbəcərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə iştirak edən fermerlər aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Nazir səfər çərçivəsində Kəlbəcər yaylaqlarında yaradılmış eksperimental yak təsərrüfatına baxış keçirib, təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi, yaklara qulluq qaydaları, yem rasionu, döl dövrünə hazırlıq, heyvan xəstəlikləri ətrafında fikir mübadiləsi aparıb.

Sonra nümayəndə heyəti Ağdərənin Umudlu kəndində əkin sahələrinə, xırdabuynuzlu heyvandarlıq təsərrüfatına baxış keçirib. Təsərrüfatda çalışanlarla görüşlərdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.

Nigar
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri