Icma.az
close
up
RU
Nazir Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb FOTOLAR

Nazir Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. 

"Unikal" xəbər verir ki, səfər çərçivəsində nazir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı diqqətə çatdırılıb, Kəlbəcər şəhərinin Baş Planına əsasən tikinti işlərinin sürətlə davam etdirildiyi qeyd olunub. 

Nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə əyani tanış olublar. 

Daha sonra Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı mövzusuna həsr olunmuş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Nazirliyin və xüsusi nümayəndəliyin məsul şəxsləri və fermerlər iştirak ediblər. 

İclasda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, Kəlbəcərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə iştirak edən fermerlər aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazir səfər çərçivəsində Kəlbəcər yaylaqlarında yaradılmış eksperimental yak təsərrüfatına baxış keçirib, təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi, yaklara qulluq qaydaları, yem rasionu, döl dövrünə hazırlıq, heyvan xəstəlikləri ətrafında fikir mübadiləsi aparıb. 

Sonra nümayəndə heyəti Ağdərənin Umudlu kəndində əkin sahələrinə, xırdabuynuzlu heyvandarlıq təsərrüfatına baxış keçirib. Təsərrüfatda çalışanlarla görüşlərdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri