Icma.az
close
up
RU
Nazir Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində FOTOLAR

Nazir Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı keçirilib. 

"Unikal" xəbər verir ki, açılış mərasimindən öncə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qətər Dövlətindən olan həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Dənizkənarı Milli Parkda yaradılan müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olublar. Pavilyonlar haqqında nazirlərə ətraflı məlumat verilib. Qətərli ifaçıların təqdim etdiyi musiqili kompozisiyalar maraqla qarşılanıb. 

Mədəniyyət günlərinin Heydər Əliyev Mərkəzində təşkil olunan açılış tədbirində iki ölkənin mədəniyyət nazirləri, Milli Məclisin üzvləri, səfirlər, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikası və Qətər Dövləti arasında əməkdaşlıq münasibətləri barədə məlumat verilib, mədəniyyətin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində müstəsna rolu vurğulanıb. 

Sonra geniş konsert proqramı təqdim olunub. Qətərli musiqiçilərin və xor kollektivinin ifasında səsləndirilən nəğmələr alqışlarla qarşılanıb.

Bildirək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək. Tədbir çərçivəsində Dənizkənarı Milli Parkda qurulmuş pavilyonlarda qətərli musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq. 

2024-cü ilin fevral ayında Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri də dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Aprel 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri