Icma.az
close
up
RU
Nazir Qırğız Respublikasında forumda iştirak edib FOTOLAR

Nazir Qırğız Respublikasında forumda iştirak edib FOTOLAR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qırğız Respublikasının Çolpon-Ata şəhərində IV “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Qırğız Respublikası Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ərzaq təhlükəsizliyinin təmin edilməsində, torpaq, su ehtiyatlarının və biomüxtəlifliyin qorunmasında, eləcə də iqlim dəyişikliyinə uyğunlaşmada kənd təsərrüfatının mühüm rol oynadığını qeyd edib. O, TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, nəhəng transmilli nəqliyyat layihələrin icrası ilə Azərbaycan Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzinə çevrilib.

Nazir Məcnun Məmmədov vurğulayıb ki, TDT ölkələrinin biznes subyektləri infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən yararlanaraq ixrac coğrafiyasını daha da genişləndirməlidirlər: “Bizim əsas məqsədimiz dövlət-özəl tərəfdaşlıq prinsipi vasitəsilə ölkələrimizin iqtisadi gücünü daim artırmaq və ərzaq təhlükəsizliyini təmin etməkdir”.

Forumda Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, TDT Baş katibinin müavini Merey Mukazhan, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula çıxış edərək təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat veriblər. Tədbirdə çıxış edən natiqlər bu tədbirin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıblar.

IV Türk Dövlətləri Aqrobiznes Forumu “panel sessiyalarla işini davam etdirib. Panel sessiyalarda iştirak edən dövlət və biznes subyektlərinin nümayəndələri TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məluat veriblər.

“Kənd təsərrüfatı məhsullarının istehsalı və ticarəti: maneələrdən biznesə” mövzusuna həsr olunan panel sessiyada kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı və innovativ yanaşmalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.  “Heyvandarlığın inkişafı və genetik irsin qorunması” mövzunda keçirilən panel sessiyada isə kənd təsərrüfatı biotexnologiyası, nadir heyvan cinslərinin seleksiyası və mühafizəsi üzrə mütəxəssislərin məruzələri dinlənilib. Forum iştirakçıları türk dünyasında su idarəçiliyi, su resurslarından səmərəli istifadənin kənd təsərrüfatı üçün əhəmiyyəti mövzularını da müzakirə ediblər.

Daha sonra IV Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri