Icma.az
close
up
RU
Qırğız Respublikasında IV Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib

Qırğız Respublikasında IV Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 26 iyun, AZƏRTAC

Qırğız Respublikasının Çolpon-Ata şəhərində IV Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclası açan Qırğız Respublikası Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ərzaq təhlükəsizliyinin təmin edilməsində, torpaq, su ehtiyatlarının və biomüxtəlifliyin qorunmasında, eləcə də iqlim dəyişikliyinə uyğunlaşmada kənd təsərrüfatının mühüm rol oynadığını qeyd edib. O, TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, nəhəng transmilli nəqliyyat layihələrin icrası ilə Azərbaycan Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzinə çevrilib.

Nazir Məcnun Məmmədov vurğulayıb ki, TDT ölkələrinin biznes subyektləri infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən yararlanaraq ixrac coğrafiyasını daha da genişləndirməlidirlər: “Bizim əsas məqsədimiz dövlət-özəl tərəfdaşlıq prinsipi vasitəsilə ölkələrimizin iqtisadi gücünü daim artırmaq və ərzaq təhlükəsizliyini təmin etməkdir”.

Forumda Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, TDT Baş katibinin müavini Merey Mukazhan, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula çıxış edərək, təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyəti və aqrar potensialı barədə məlumat veriblər. Tədbirdə çıxış edən natiqlər bu tədbirin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıblar.

IV Türk Dövlətləri Aqrobiznes Forumu panel sessiyalarla işini davam etdirib. Panel sessiyalarda iştirak edən dövlət və biznes subyektlərinin nümayəndələri TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məluat veriblər.

“Kənd təsərrüfatı məhsullarının istehsalı və ticarəti: maneələrdən biznesə” mövzusuna həsr olunan panel sessiyada kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı və innovativ yanaşmalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. “Heyvandarlığın inkişafı və genetik irsin qorunması” mövzunda keçirilən panel sessiyada isə kənd təsərrüfatı biotexnologiyası, nadir heyvan cinslərinin seleksiyası və mühafizəsi üzrə mütəxəssislərin məruzələri dinlənilib. Forum iştirakçıları Türk dünyasında su idarəçiliyi, su resurslarından səmərəli istifadənin kənd təsərrüfatı üçün əhəmiyyəti mövzularını da müzakirə ediblər.

Daha sonra IV Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri