Icma.az
close
up
RU
Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu gün süni intellektin dövlət idarəetməsinin bütün sahələrinə inteqrasiyası strateji zərurətə çevrilib. Xüsusilə sosial sahədə son illərdə aparılan islahatlar çərçivəsində rəqəmsal transformasiya istiqamətində mühüm nəticələr əldə olunub. 2018-ci ildən etibarən sosial sahədə dərin islahatlar mərhələsinə qədəm qoymuşuq. Ötən 5 il ərzində ölkə başçısının rəhbərliyi ilə 5 böyük sosial islahat paketi qəbul və icra olunub. Bu islahatlar nəticəsində əmək münasibətləri və məşğulluq sahəsində ciddi irəliləyişlər müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda “Rəqəmsal dövlət və süni intellektlə transformasiya” panel sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazir dövlət idarəçiliyində rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin tətbiqinin əhəmiyyətindən danışıb. O bildirib ki, islahatların əsas istiqamətlərindən biri elektronlaşma, digəri isə “DOST konsepsiyası” olub. “ASAN xidmət” modelindən ilhamlanaraq formalaşdırılan bu konsepsiya vətəndaşlara operativ, şəffaf və rahat sosial xidmətlərin göstərilməsini təmin edir.

Anar Əliyevin sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, məşğulluq, əlillik və reabilitasiya kimi bütün əsas fəaliyyət istiqamətlərində tam elektron keçidə nail olub: “Bu gün əmək müqavilələrinin 90 faizi elektron sistem üzərindən qeydiyyatdan keçir. Növbəti mərhələdə bu prosesin tam rəqəmsallaşdırılması, eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi prioritetimizdir”.

Nazir, həmçinin qeyd edib ki, məşğulluq sahəsində fərdi yanaşma və proqnozlaşdırma sistemlərinin qurulması süni intellektin köməyi ilə mümkün olacaq. Bu, işsiz şəxslərin bacarıqlarına uyğun vakansiyalara yönləndirilməsini və işəgötürənlərlə effektiv əlaqələrin qurulmasını təmin edəcək. Əlavə olaraq, əlillik, reabilitasiya və sosial-psixoloji dəstək sahələrində də süni intellektin tətbiqi genişləndiriləcək.

Anar Əliyev vurğulayıb ki, nazirlik artıq 2019-cu ildən etibarən pensiya və sosial müavinətlərin proaktiv şəkildə ödənilməsi mexanizmini tətbiq edib: “Bu sistemlər süni intellekt elementlərinin ilkin tətbiqi kimi qiymətləndirilə bilər. Növbəti mərhələdə biz bu yanaşmanı bütün sosial ödənişlərə şamil etməyi planlaşdırırıq”.

Nazir bildirib ki, 3 illik strategiya çərçivəsində sosial sahədə elektronlaşma və süni intellekt texnologiyalarının tətbiqi daha da genişləndiriləcək: “Əsas məqsəd vətəndaşlara göstərilən xidmətlərin şəffaflığını və operativliyini artırmaq, qəbul olunan qərarların səmərəliliyini yüksəltmək, sosial idarəetmədə çevikliyi təmin etməkdir. Bütün bu proseslərin əsas hədəfi insan amilinin gücləndirilməsi, sosial rifahın təmin olunması və dövlət idarəetməsində innovativ yanaşmanın formalaşdırılmasıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri