Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Dövlət idarəçiliyində rəqəmsal hökumət

Dövlət idarəçiliyində rəqəmsal hökumət

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

23 İyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

XXI əsrdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillər sırasında insan kapitalı, innovasiya potensialı, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarından səmərəli istifadə xüsusi yer tutur. Dünyanın inkişaf etmiş ölkələri dövlət idarəçiliyində “rəqəmsal dövlət”, “ağıllı hökumət”, “məlumat əsaslı idarəetmə” və “proaktiv dövlət” modellərinə keçid edirlər.

Azərbaycan da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində bu qlobal transformasiyanın fəal iştirakçısına çevrilib. Son illər dövlət idarəçiliyinin modernləşdirilməsi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Bu gün “ASAN xidmət”, “myGov”, “ASAN İmza”, “SİMA” və “Hökumət Buludu” kimi rəqəmsal platformalar Azərbaycanın texnoloji inkişaf səviyyəsinin göstəriciləridir.

Dövlət idarəçiliyində yeni mərhələnin hüquqi əsaslarından biri Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”dır. Strategiya süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi, müasir infrastrukturun formalaşdırılması və yüksək ixtisaslı insan kapitalının inkişaf etdirilməsi kimi mühüm vəzifələri müəyyən edir.

Hazırda dövlət qulluqçusunun rolu da dəyişir. Müasir dövlət qulluqçusu artıq yalnız qanunvericiliyin icraçısı deyil, eyni zamanda, rəqəmsal texnologiyaları mənimsəyən, məlumatları təhlil edən, strateji düşünən və innovativ həllər tətbiq edən peşəkar idarəçidir.

Müstəqillik illərində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda klassik bürokratik modeldən müasir rəqəmsal idarəetmə modelinə keçid təmin edilmişdir. Bu prosesin ən uğurlu nümunələrindən biri “ASAN xidmət” modelidir. Şəffaflıq, operativlik və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulan bu sistem artıq beynəlxalq səviyyədə tanınan Azərbaycan brendinə çevrilmişdir.

Dünyada rəqəmsal transformasiyanın növbəti mərhələsi süni intellekt texnologiyalarının dövlət idarəçiliyinə inteqrasiyası hesab olunur. Estoniya, Sinqapur və digər qabaqcıl ölkələr dövlət xidmətlərinin göstərilməsi, sosial siyasətin planlaşdırılması və məlumatların idarə olunmasında süni intellekt imkanlarından istifadə edirlər. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Süni intellekt gələcəkdə dövlət qulluqçularına böyük həcmli məlumatların təhlili, risklərin qiymətləndirilməsi, vətəndaş müraciətlərinin emalı və qərarların hazırlanmasında mühüm dəstək verəcəkdir.

***

Azərbaycanın dövlət idarəçiliyində yeni mərhələdən danışarkən Qarabağ və Şərqi Zəngəzurun rolunu xüsusi qeyd etmək lazımdır. İşğaldan azad edilmiş ərazilər yalnız bərpa və yenidənqurma məkanı deyil, həm də innovativ idarəetmə texnologiyalarının tətbiq olunduğu inkişaf platformasıdır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, rəqəmsal həllər, yaşıl enerji layihələri və müasir idarəetmə yanaşmaları bu ərazilərdə gələcəyin idarəçilik modelinin formalaşdırıldığını göstərir. Lakin bütün bu proseslərin uğuru, ilk növbədə, insan kapitalından asılıdır. Ən müasir texnologiyalar belə peşəkar kadrlar olmadan gözlənilən nəticəni verə bilməz. Buna görə dövlət idarəçiliyinin gələcəyi barədə danışarkən diqqət mərkəzinə bir sual çıxır: yeni dövrün dövlət qulluqçularını kim hazırlayır?

Bu sualın cavabı, ilk növbədə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyətində öz əksini tapır. Dövlət qulluğu sisteminin inkişafı, peşəkar idarəçi kadrların hazırlanması və dövlət idarəçiliyi sahəsində elmi fikrin formalaşdırılması istiqamətində Akademiyanın fəaliyyəti ölkənin dövlətçilik tarixində xüsusi yer tutur. Xüsusi statusa malik olan Dövlət İdarəçilik Akademiyası öz fəaliyyətini “Bir addım öndə olmaq” prinsipi əsasında quraraq bu sahədə yaranan yeni tendensiyaları vaxtında müəyyənləşdirir və gələcəyin çağırışlarına uyğun kadr hazırlığı həyata keçirir.

Bu gün Akademiya rəqəmsal transformasiya, böyük verilənlər, innovativ idarəetmə və süni intellekt sahələrində ölkənin aparıcı elm və təhsil mərkəzlərindən biri kimi çıxış edir. Akademiyada fəaliyyət göstərən “İntellektual sistemlərin idarə olunması” kafedrası müasir texnologiyaların dövlət idarəçiliyində tətbiqi istiqamətində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına və elmi tədqiqatların aparılmasına mühüm töhfə verir. Bu istiqamətdə keçirilən elmi-praktiki konfranslar, tədqiqat layihələri və təlim proqramları dövlət idarəçiliyinin gələcək inkişafına xidmət edən mühüm intellektual baza formalaşdırır.

2026-cı ildə Akademiyanın xarici tərəfdaş qurumlarla imzaladığı qarşılıqlı anlaşma memorandumları çərçivəsində Qazaxıstan və Özbəkistanın dövlət qulluqçuları üçün beynəlxalq təlim-təcrübə proqramları təşkil olunub və keçirilib. Proqram iştirakçıları Azərbaycanın dövlət idarəçiliyi modeli, rəqəmsal transformasiya siyasəti, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, dövlət xidmətlərinin təşkili və innovativ idarəetmə mexanizmləri ilə yaxından tanış olublar.

Bir və iki həftəlik müddətə təşkil olunmuş təlim-təcrübə proqramlarında Qazaxıstan və Özbəkistandan olan dövlət qulluqçuları Akademiyanın peşəkar professor-müəllim heyətindən təlimlər almış, praktik təcrübə olaraq dövlət qurumlarında, o cümlədən Milli Məclisdə, ASAN İnnovasiya Mərkəzində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşlərdə iştirak edərək Azərbaycanın innovativ idarəçilik modelinin praktiki nəticələrini yerində öyrənmək imkanı qazanıblar.

Azərbaycan təcrübəsinə marağın daha bir göstəricisi qazaxıstanlı tədqiqatçı alimlərin burada elmi araşdırmalar aparmalarıdır. Onlar Azərbaycanın dövlət idarəçiliyi, insan kapitalının inkişafı, rəqəmsal transformasiya və innovativ idarəetmə sahəsində əldə etdiyi nailiyyətləri öyrənir, bu istiqamətlər üzrə elmi tədqiqatlar həyata keçirirlər. Akademiyanın beynəlxalq nüfuzunun göstəricilərindən biri isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbi (Milli İdarəetmə Akademiyası) ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Dünyanın ən nüfuzlu idarəçilik və siyasi təhsil mərkəzlərindən hesab olunan bu qurum Çinin dövlət idarəçiliyi sisteminin və idarəçi elitasının formalaşdığı aparıcı akademik platformadır.

Bu gün Akademiya yalnız dövlət qulluqçuları hazırlayan ali təhsil müəssisəsi deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir Azərbaycan dövlət idarəçiliyi modelinin elmi-nəzəri əsaslarını araşdıran, onu beynəlxalq akademik müstəvidə təbliğ edən və gələcəyin idarəçi elitasını yetişdirən nüfuzlu intellektual mərkəz kimi çıxış edir.

23 İyun Dövlət Qulluqçularının Peşə Baramı Günü münasibətilə əminliklə söyləmək olar ki, Azərbaycan dövlət qulluğu sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. Rəqəmsal transformasiya, süni intellekt texnologiyaları və innovativ idarəetmə yanaşmaları dövlət idarəçiliyinin gələcəyini formalaşdırır. Bu gələcəyin əsas memarları isə yüksək peşəkarlığa, müasir biliklərə, strateji baxışa və güclü dövlətçilik təfəkkürünə malik Azərbaycan dövlət qulluqçularıdır. Məhz onların fəaliyyəti Azərbaycan dövlətçiliyinin davamlı inkişafının, milli maraqların etibarlı qorunmasının və ölkənin gələcək uğurlarının əsas təminatlarından biri olacaqdır.

Kəramət QƏNBƏROV,
Dövlət İdarəçilik Akademiyası dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri