Nazir: Sertifikasiyada zəif nəticə göstərən riyaziyyat müəllimlərinin 50 faizə yaxını ABU nun məzundudur
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Elə bölgələr var ki, orada riyaziyyat fənni üzrə nəticələri zəif olan müəllimlər fəaliyyət göstərir. Belə hallarda bəzi məktəblərdə 5 müəllimdən yalnız biri növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək”.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, riyaziyyat fənnindən sertifikasiyada zəif nəticə göstərən müəllimlərin 50 faizə yaxını (44%) Beynəlxalq Universitetin məzunlarıdır.
Nazir onu da bildirib ki, xarici dil müəllimlərindən 12%-i sertifikasiya imtahanlarında uğur qazana bilib: “1657 nəfərin əmək müqaviləsinə xitam verilib. Astarada xarici dil fənni üzrə 3 müəllimdən biri ilə yollarımızı ayırmalı olmuşuq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















