Nazir: “Şimal Cənub” dəhlizinin inkişafı üçün İranla sıx əməkdaşlıq edirik
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Şimal–Cənub” dəhlizinin inkişafı üçün İran İslam Respublikası ilə sıx əməkdaşlıq həyata keçirilir.
“APA-Ecomomics” xəbər verir ki, bunu MDB-ə üzv dövlətlərinin dəmir yolu nəqliyyatı şurasının 83-cü iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
R.Nəbiyev qeyd edib ki, bu ilin əvvəlində “Azərbaycan Dəmir Yolları” QSC ilə İran dəmir yolları arasında Astara terminalının tikintisi və istismarı haqqında müqavilənin icrasına dair strateji əməkdaşlıq planı imzalanıb. Sənəd “Şimal–Cənub” dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
"İran ərazisində yerləşən Astara terminalının tikintisi üzrə işlər xeyli irəliləyiş göstərib və bu obyekt Azərbaycan tərəfinə 25 il müddətinə uzunmüddətli istifadəyə verilib. Terminalın tikintisinin başa çatdırılmasını 2026-cı ilin sonuna planlaşdırırıq", - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















