Nazir: Sloveniya Orta Dəhlizdən istifadə edərək Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətindədir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 aprel AZƏRTAC
Azərbaycan regionda dinamik inkişaf edən dövlətdir və Sloveniya müxtəlif sahələr üzrə Azərbaycan ilə yaxın əməkdaşlıq əlaqələri qurmaq arzusundadır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı Sloveniyanın xarici işlər və Avropa işləri üzrə naziri Tanya Fayon deyib.
“Biz Azərbaycan ilə qonşu ölkə deyilik, Lakin qarşılıqlı əlaqələrimizin inkişafı, energetika sahəsindəki əməkdaşlığımız və perspektivdə münasibətlərimizin daha da yaxınlaşması gözləntisi ölkələrimiz arasındakı məsafəni xeyli azaldıb. Azərbaycan coğrafi baxımdan əhəmiyyətli regionda, Qərb ilə Şərqi birləşdirən ticarət yollarının üzərində yerləşir. Orta Dəhliz Avropada ticarətin genişlənməsi üçün olduqca əhəmiyyətlidir. Sloveniya da bu dəhlizdən istifadə edərək Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Sloveniya Azərbaycan ilə əczaçılıq, enerji, nəqliyyat, tranzit, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlıq etmək istəyir. Faydalı əməkdaşlıq üçün hər iki tərəfin böyük iqtisadi potensialı var və bu potensialdan istifadə etmək zərurəti yaranıb”, - deyə sloveniyalı nazir qeyd edib.
Tanya Fayon əlavə edib ki, bugünkü biznes forum şirkətlər və biznes strukturları arasında işgüzar mühitin yaranmasına səbəb olacaq və gələcəkdə qarşılıqlı sərmayələrin həcminin artmasına şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Aprel 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















