Icma.az
close
up
RU
Azərbaycanın Asiya qitəsi, Yaxın və Orta Şərqlə əlaqələrini genişləndirməsi şaxələnmiş siyasətə nümunədir

Azərbaycanın Asiya qitəsi, Yaxın və Orta Şərqlə əlaqələrini genişləndirməsi şaxələnmiş siyasətə nümunədir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

1940-cı illərin sonlarında fransızlar Hind-Çindəki müstəmləkələrinə - Vyetnam, Kamboca və Laosa nəzarət etmək üçün çalışırdılar. ABŞ-ın maliyyə yardımına baxmayaraq, Fransa müstəmləkəçiliyinə qarşı millətçi üsyanlar öz təsirini göstərməyə başladı. 7 may 1954-cü ildə Vyetnamdakı Dien Bien Phuda fransızların nəzarəti altında olan qarnizonu Vyetnam millətçisi Ho Şi Minin başçılıq etdiyi dörd aylıq mühasirədən sonra yıxıldı. Dien Bien Phu'nun süqutundan sonra fransızlar bölgəni tərk etdilər. Fransa 1945-ci ildən sonra Hind-Çinində öz mövqeyini bərpa etməyə cəhd etsə də, Laos 1949-cu ildə müstəqilliyini əldə etdi, Kamboca isə 1953-cü ildə müstəqil oldu. Fransa 1949-cu ilə qədər Vyetnama öz muxtariyyətini vəd etsə də, millətçi Ho Chi Minh-in təsirinə qarşı çıxmaq üçün fransızlar keçmiş imperator Bao Dayı bərpa etməyə cəhd etdilər, lakin o, heç vaxt Ho Chi Minh qədər populyar olmadı və Vyetnamın müstəqillik hərəkatı böyüməyə davam etdi. Nəhayət, Bao Dai ikinci dəfə taxtdan əl çəkdi və həyatını Fransada sürgündə yaşadı. 1946-cı ildə fransızlarla uğursuz müzakirələrdən sonra Vyetnamın şimal hissəsində Ho Şi Minin Vyet Min qüvvələri ilə fransız qoşunları arasında ümumi müharibə başladı. Və 9 il sonra Vyetlilər qələbə qazandılar...Azərbaycan və Vyetnamın tarixində müəyyən bənzərliklər var...

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Vyetnam arasında münasibətlərin son inkişafı həm də Azərbaycanın xarici siyasətdə şaxələnməyə getməsi və balanslı siyasət yürütməsi ilə bağlıdır.

Oqtay Qasımov

“Son dövrlər, xüsusilə də Asiyaya yaxın Orta Şərq prioritet istiqamət kimi görünməkdədir. Bunun da əsas səbəblərindən biri qeyd etdiyimiz kimi, xarici siyasətin şaxələndirilməsi, balanslaşdırılması və Azərbaycanın hazırda beynəlxalq mövqeyindən istifadə edərək həm əlaqələrin genişləndirilməsi, həm də Azərbaycanın maraqlarının daha ardıcıl şəkildə müdafiə olunmasını təmin etməkdir. Vyetnam rəhbərinin Azərbaycana səfəri də, məhz bu qəbildəndir. Nəzərə alaq ki, hər iki dövlət bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. Ticarət dövriyyəsi əslində çox da yüksək olmasa da, bu əlaqələr mövcud olub. Xüsusilə də, Azərbaycan neftinin Vyetnama satışı mövcuddur.

Ötən gün keçirilən görüşlərdə olduqca vacib məsələlər müzakirə olundu və münasibətlərin yeni səviyyəyə qaldırılması, eyni zamanda bütün istiqamətlər üzrə əməkdaşlıqların gücləndirilməsi üzrə qərar verilməsi vacib bir məsələdir”-deyən politoloq qeyd edbi ki, Vyetnam son illər inkişaf edən dövlətlər sırasındadır və iqtisadiyyatı getdikcə güclənməkdədir.

“Xüsusilə, elektronika sahəsində Vyetnamın təcrübəsi kifayət qədər yüksəkdir. Bundan başqa, tərəflər enerji, ticarət, mədəniyyət, təhsil, iqtisadiyyat sahəsində də əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə ediblər.

Azərbaycanın özünün son dövrlər aktiv xarici siyasət həyata keçirməsi, Asiya qitəsi və Cənub Şərqi Asiya dövlətləri ilə əlaqələrin gücləndirilməsi, Yaxın və Orta Şərqlə əlaqələrin genişləndirilməsi də bu istiqamətdə qeyd olunmalı əsas məqamlardır”-deyə Oqtay Qasımov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri