Nazir tam ştata keçiriləcək müəllimlərin sayını və dərs saatını açıqladı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Müəllimlərin əməkhaqqısını artırmağın bir yolu onların dərs saatlarını artırmaqdır".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İctimai" televiziyanın efirində deyib.
"20 min nəfərə qədər müəllimi tam ştata keçirməyi düşünürük. Tam ştat o deməkdir ki,müəllim əgər bu seçimi edirsə, müəllimin əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə yüksək ola bilər. 20 min müəllimimiz bu əməkhaqqını alarsa, təhsil sistemində köklü dəyişikliklərin başlanğıcını qoymuş ola bilərik. Tam ştatlı müəllim həftəlik 30-36 işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Bu, pilot layihədir. Kiçik məktəbləri biz buna keçirə bilməyəcəyik. Söhbət böyük məktəblərdən gedir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Noyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















