Icma.az
close
up
RU
30 şagirdə dərs demək tam ştata bərabər işdir DEPUTAT

30 şagirdə dərs demək tam ştata bərabər işdir DEPUTAT

Icma.az, Modern.az saytına istinadən bildirir.

“2030-cu ilə Azərbaycan Respublikasında müəyyən olunmuş sosial-iqtisadi inkişafın əsas prioritetlərindən biri də təhsil sahəsidir. Texnologiyaların belə sürətlə irəliləməsi fonunda dünyada artan rəqabətlə ayaqlaşmaq üçün müasir və güclü təhsil olduqca vacibdir. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır”. 
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputat bildirib ki, gələn ilin dövlət büdcəsində elm və təhsil xərcləri 5,2 milyard manat təşkil edir. Bu, 2024-cü ilin icra göstəricisinə nisbətən 658 milyon manat çoxdur. Ortamüddətli dövrlə, 2022-ci illə müqayisədə isə 2026-cı illə müqayisədə 36% artmış olacaqdır. 
“Son illərdə aparılan təhsil islahatları Azərbaycanda müəllimin bilik və bacarıqlarını inkişaf etdirməklə təhsilin keyfiyyətini yaxşılaşdırmağa hesablanıb. 
Müəllim sağlam cəmiyyətin formalaşmasına, gənc nəslin inkişafına müstəsna töhfələr verən əsl qəhrəmandır. İkinci Qarabağ müharibəsində əsasən gənclərimizin iştirakı, onlara son 30 ildə aşılanmış yüksək vətənpərvərlik hislərinin nəticəsi idi ki, bunda məktəbin və müəllimlərimizin rolu danılmazdır.
Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan müəllimlər üçün yeni yanaşma müəllim-şagird təmaslarını daha da artırmaqla, həm də müəllimlərin rifahının yaxşılaşdırılmasını qarşıya hədəf qoyur. Burada əsas məqsəd müəllimin şagirdlərlə daha çox vaxt keçirməsi üçün əlavə motivasiyanın yaradılmasıdır”. 


P. Vəliyeva vurğulayıb ki, müəllimin tədrisi uğurla edə bilməsi üçün sinifdə olan şagird sayının öyrənmə standartlarına uyğun şəkildə bölüşdürülməsidir. Bir sinifdə 30-40 nəfər şagirdin tədrisini həyata keçirən müəllim üçün bu, tam ştata bərabər iş yüküdür. Bu, tədrisin keyfiyyətinə də mənfi təsir edir. 
“Elm və Təhsil Nazirliyinin yeni konsepsiyanı ictimai müzakirələrə çıxarması alqışlanmalıdır. Belə ki, müəllimlər, ümumilikdə təhsil sisteminə birbaşa aid olan şəxslər təklif olunan ideyanın potensial müsbət və mənfi tərəflərini qiymətləndirmək imkanı əldə edirlər. İrəli sürülən modelin məcburi olmaması, eyni zamanda müəllimlər üçün seçim imkanı yaradır. Etiraf eləməliyik ki, yeniliklər bütün cəmiyyətlərdə həssaslıqla qarşılanır. Bu bütün dövrlərdə belə olub. İdeyalar praktik tətbiq olunduqdan sonra boşluqlar üzə çıxır və aidiyyəti qurumlar ilkin dövrdə nəzərə alınmayan həmin boşluqları doldururlar.Burada əsas meyar təhsilin, habelə müəllim və şagirdin bilik və bacarığının artırılması olduğundan, məsələnin texniki və yardımçı tərəfləri həll edilə biləndir. Bundan başqa, beynəlxalq təcrübəyə istinadən, müəllimin asistentinin olması da onun iş yükünün müəyyən dərəcədə bölüşdürülməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə imkan yaradar. Xüsusilə, ibtidai siniflərdə, azyaşlı uşaqlarla işləyən müəllimlər üçün bütün sinfə nəzarət etmək böyük məsuliyyətdir. Müəllimə köməkçi ştatının yaradılması, valideynlərlə daha çox görüşlərin keçirilməsi, məktəbdənkənar fəaliyyətlərin təşkili baxımından da faydalı olardı. Bununla, müəllimin iş şəraiti daha da yaxşılaşardı”- sonda qeyd edib.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri