Icma.az
close
up
RU
Nazir təqaüdçü qadınlarla görüş keçirib

Nazir təqaüdçü qadınlarla görüş keçirib

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Martın 6-da elm və təhsil naziri Emin Əmrullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüddə olan bir qrup qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib.
“Cebheinfo.az”
xəbər verir ki, görüşdə ümumi təhsil müəssisələrində uzun illər pedaqoji fəaliyyət göstərmiş müəllimlər və məktəb direktorları iştirak ediblər.  

Nazir iştirakçıları bayram münasibətilə təbrik edərək qeyd edib ki, ömrünün ən məhsuldar illərini müəllimliyə və təhsil idarəçiliyinə həsr etmiş pedaqoqlar Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayıblar. 

Onların yetişdirdiyi minlərlə məzun bu gün cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verir.
Emin Əmrullayev çıxışında Azərbaycan məktəbinin formalaşmasında və milli-mənəvi dəyərlərin yeni nəsillərə ötürülməsində qadın müəllimlərin xüsusi rolunu vurğulayıb. Nazir bildirib ki, qadın pedaqoqlar yalnız bilik ötürən müəllimlər deyil, həm də cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin formalaşmasında iştirak edirlər.

Görüş zamanı müəllim peşəsinin nüfuzunun artırılması, pedaqoji fəaliyyətin cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsi və müəllimlərin sosial statusunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. 
Nazir həmçinin uzun illər ərzində formalaşmış pedaqoji təcrübənin qorunmasının və gənc müəllimlərə ötürülməsinin təhsil sisteminin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. 

Vurğulanıb ki, təqaüddə olan təcrübəli pedaqoqların mentorluq fəaliyyəti və məsləhətləri gənc müəllimlərin peşəkar inkişafına mühüm töhfə verə bilər. 
Söhbət zamanı nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar barədə də danışıb. O bildirib ki, bu islahatların əsas məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və müasir tələblərə cavab verməsidir. Bu prosesdə müəllimlərin peşəkarlığı, təşəbbüskarlığı və yeniliklərə açıq olması həlledici rol oynayır.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların fikirləri və təklifləri dinlənilib. 

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri