NAZİR XİDMƏT RƏİSİ İLƏ QALMAQALLI İDARƏ RƏİSİNİ VƏZİFƏDƏN AZAD ETDİ Sahil Babayevdən növbəti dəyişikliklər
Icma.az, Mia.az saytına istinadən bildirir.
Maliyyə naziri Sahil Babayev daha iki nüfuzlu məmuru "vurub".
Mia.az xəbər verir ki, nazirin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyevlə Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev vəzifələrindən azad olnublar.
Qeyd edək ki, hər iki şəxs maliyyə sistemində nümfuzlu şəxslər sayılırlar. Nadir Qarayev haqqında isə mətbuatda indiyə qədər çoxsaylı neqativ xəbərlər yayılıb.
Məlumata görə, onların səlahiiyətlri müavinlərinə həvalə olunub.
Qeyd edək ki, bu ilin fevralın 7-də kollektivə təqidm olunan yeni maliyyə naziri Sahil Babayev ilk əmrilə martın 10-da aparat rəhbəri Cavanşir Yusifovu vəzifədən azad edib. Onun yerinə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini işləmiş Natiq Həsənov gətirilib.
Mia.az bildirir ki, mətbuat katibi Mayis Piriyev və daha bir neçə vəzifəli şəxs də artıq yol üstədir.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















