Icma.az
close
up
RU
Nazir: “Yaşıl enerji”yə keçid üçün investisiyaları 7 dəfə artırmaq lazımdır”

Nazir: “Yaşıl enerji”yə keçid üçün investisiyaları 7 dəfə artırmaq lazımdır”

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il dünyada 473 QVt yeni bərpa olunan enerji güclərinin quraşdırılması və 570 milyard ABŞ dolları investisiya yatırılması kimi rekord nəticələrə baxmayaraq, “yaşıl enerji”yə keçid üçün bu göstəriciləri təxminən iki dəfədən çox, enerji səmərəliliyinə investisiyaları isə 7 dəfə artırmaq lazımdır.
Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, təxminən bir il əvvəl COP28-də dünya ölkələrinin böyük əksəriyyətinin 2030-cu ilə qədər enerji keçidinin əsas sütunları olan bərpa olunan enerji və enerji səmərəliliyinə dair kollektiv öhdəliyə qoşulması və ədalətli keçid üzrə konsensus əldə etməsi qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq məqsədilə iqlim dəyişikliyinə qarşı mübarizədə, eyni zamanda qlobal enerji sistemlərinin transformasiyasında mühüm dönüş nöqtəsi olub.
 

“COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. İddialı maliyyə hədəfi, yenilənmiş və gücləndirilmiş Milli Töhfələr (NDC) və enerji təşəbbüsləri üzrə kollektiv razılığa nail olmaqla, COP29 bərpa olunan enerji üzrə üçqat, enerji səmərəliliyində isə ikiqat artım hədəflərinə çatmaq üçün unikal fürsət yaradır. Böyük bir regionda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi COP29 platforması bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir", - P. Şahbazov qeyd edib.


O əlavə edib ki, Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədi çərçivəsində Avropa Komissiyası, COP28, Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə tərəfdaşlıq "yaşıl enerji"nin inkişafı və dayanıqlılığına, həmçinin daha parlaq və səmərəli gələcəyə doğru yönəldən beynəlxalq səylərə davamlı sadiqliyin əyani təzahürüdür.
P. Şahbazov deyib ki, IEA və IRENA-nın təhlillərinə görə, bərpa olunan enerjinin 11 000 QVt istehsal gücünə və qlobal enerji səmərəliliyinin illik artım tempinin 4 %-dən yüksək səviyyəyə çatdırılması üçün əhəmiyyətli və əlçatan investisiyalara ehtiyac var.
Nazir bildirib ki, investisiyalar şəbəkələrin modernləşdirilməsi və genişləndirilməsi, enerji saxlama imkanlarının artırılması, enerji səmərəliliyi tədbirlərinin gücləndirilməsi üçün vacibdir:
“Bu isə enerji keçidinə 2030-cu ilədək ümumilikdə 31,5 trilyon ABŞ dolları sərmayə cəlbini zəruri edir. Hazırda mövcud olan bütün milli ambisiyalar tam şəkildə həyata keçirilsə belə, 2030-cu ilə olan hədəflərimizə çatmaqdan 30 % geri qalacağıq. Bu, bizim üçün önəmli bir xəbərdarlıqdır - enerji keçidini sürətləndirmək üçün qlobal səylərimizi gücləndirməli və ambisiyalarımızı daha da artırmalıyıq. Odur ki, COP29 sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir".
P. Şahbazov hesab edir ki, Azərbaycanın Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan "yaşıl enerji zonaları", müxtəlif regionlar, istehsal-istehlak mərkəzləri arasında elektrik enerjisi əlaqələrinin qurulması təcrübəsinin geniş arealda tətbqi, həmçinin qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 2030-cu ilə qədər 1 500 QVt-a çatdırılması, 2040-cı ilə kimi enerji sisteminə ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsi və ya təkmilləşdirilməsi məhz Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədinin uğurunu təmin edəcək həllərdir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see321

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see247

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see236

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see214

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see194

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see189

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see178

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see175

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see175

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see166

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see165

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see156

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see156

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see130

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see128

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see126

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri