Icma.az
close
up
RU
Nazir: “Yaşıl enerji”yə keçid üçün enerji səmərəliliyinə investisiyaları 7 dəfə artırmaq lazımdır

Nazir: “Yaşıl enerji”yə keçid üçün enerji səmərəliliyinə investisiyaları 7 dəfə artırmaq lazımdır

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il dünyada 473 QVt yeni bərpa olunan enerji güclərinin quraşdırılması və 570 milyard ABŞ dolları investisiya yatırılması kimi rekord nəticələrə baxmayaraq, “yaşıl enerji”yə keçid üçün bu göstəriciləri təxminən iki dəfədən çox, enerji səmərəliliyinə investisiyaları isə 7 dəfə artırmaq lazımdır.

"Operativ Media" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, təxminən bir il əvvəl COP28-də dünya ölkələrinin böyük əksəriyyətinin 2030-cu ilə qədər enerji keçidinin əsas sütunları olan bərpa olunan enerji və enerji səmərəliliyinə dair kollektiv öhdəliyə qoşulması və ədalətli keçid üzrə konsensus əldə etməsi qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq məqsədilə iqlim dəyişikliyinə qarşı mübarizədə, eyni zamanda qlobal enerji sistemlərinin transformasiyasında mühüm dönüş nöqtəsi olub.

“COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. İddialı maliyyə hədəfi, yenilənmiş və gücləndirilmiş Milli Töhfələr (NDC) və enerji təşəbbüsləri üzrə kollektiv razılığa nail olmaqla, COP29 bərpa olunan enerji üzrə üçqat, enerji səmərəliliyində isə ikiqat artım hədəflərinə çatmaq üçün unikal fürsət yaradır. Böyük bir regionda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi COP29 platforması bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir", - P. Şahbazov qeyd edib.

O əlavə edib ki, Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədi çərçivəsində Avropa Komissiyası, COP28, Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə tərəfdaşlıq "yaşıl enerji"nin inkişafı və dayanıqlılığına, həmçinin daha parlaq və səmərəli gələcəyə doğru yönəldən beynəlxalq səylərə davamlı sadiqliyin əyani təzahürüdür.

P. Şahbazov deyib ki, IEA və IRENA-nın təhlillərinə görə, bərpa olunan enerjinin 11 000 QVt istehsal gücünə və qlobal enerji səmərəliliyinin illik artım tempinin 4 %-dən yüksək səviyyəyə çatdırılması üçün əhəmiyyətli və əlçatan investisiyalara ehtiyac var.

Nazir bildirib ki, investisiyalar şəbəkələrin modernləşdirilməsi və genişləndirilməsi, enerji saxlama imkanlarının artırılması, enerji səmərəliliyi tədbirlərinin gücləndirilməsi üçün vacibdir: “Bu isə enerji keçidinə 2030-cu ilədək ümumilikdə 31,5 trilyon ABŞ dolları sərmayə cəlbini zəruri edir. Hazırda mövcud olan bütün milli ambisiyalar tam şəkildə həyata keçirilsə belə, 2030-cu ilə olan hədəflərimizə çatmaqdan 30 % geri qalacağıq. Bu, bizim üçün önəmli bir xəbərdarlıqdır - enerji keçidini sürətləndirmək üçün qlobal səylərimizi gücləndirməli və ambisiyalarımızı daha da artırmalıyıq. Odur ki, COP29 sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir".

P. Şahbazov hesab edir ki, Azərbaycanın Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan "yaşıl enerji zonaları", müxtəlif regionlar, istehsal-istehlak mərkəzləri arasında elektrik enerjisi əlaqələrinin qurulması təcrübəsinin geniş arealda tətbqi, həmçinin qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 2030-cu ilə qədər 1 500 QVt-a çatdırılması, 2040-cı ilə kimi enerji sisteminə ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsi və ya təkmilləşdirilməsi məhz Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədinin uğurunu təmin edəcək həllərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 12 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri