Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun vergi borcu üzə çıxdı
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınan "Gilan Dəri" MMC-nin (Gilan Dəri Emalı Zavodu) vergi borcu yaranıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətin hazırda 17 018,82 vergi borcu var.
"Gilan Dəri" MMC 26 avqust 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 325 000 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Mehdiyev Yalçın Arif oğludur.
Mediada Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən araşdırma materiallarında Gilan Dər Emalı Zavodunun nazirə məxsus olduğu iddia edilir. Bu iddia indiyədək təkzib edilməyib.
Kəmaləddin Heydərov 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır.

Zaman İsgəndərova məxsus ASC nin vergi borcu üzə çıxdı
16 Aprel 2025 21:34
Trampın yüz minlərlə dollar borcu olduğu üzə çıxdı
05 Noyabr 2024 03:47
Castin Biberin 20 milyon borcu olduğu üzə çıxdı
18 Aprel 2025 09:42
Ladanın qadın avtomobili olduğu üzə çıxdı
11 Noyabr 2024 15:00

