Icma.az
close
up
RU
Nazirlər Kabineti Aİ95 markalı benzinlə bağlı qərar verəcək

Nazirlər Kabineti Aİ95 markalı benzinlə bağlı qərar verəcək

"Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Rauf Qurbanov deyib.

O bildirib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib:

“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”


seeBaxış sayı:75
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri