FHN yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb FOTO VİDEO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən “Fidan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən “Fidan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 26 Sentyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















