Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi
Icma.az, News24 saytına istinadən bildirir.
Uzun illər dövlət qulluğunda müxtəlif məsul vəzifələrdə çalışan İradə Hüseyn qızı Hacıyeva dünyasını dəyişib.
News24.az xəbər verir ki, o, bu gün 67 yaşında vəfat edib.
İ.Hacıyeva Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri, Xızı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xızı Rayon Komitəsinin sədri vəzifələrində fəaliyyət göstərib. Son illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ümumi şöbəsinin müdir müavini vəzifəsini icra edib. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İradə Hacıyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Baxış sayı:68
Bu xəbər 01 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















