Icma.az
close
up
RU
Nazirlər toplandı, dövlət uzun müddət sonra etiraf etdi 5 ilə nə dəyişəcək?

Nazirlər toplandı, dövlət uzun müddət sonra etiraf etdi 5 ilə nə dəyişəcək?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində Xəzər dənizində müəyyən reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün “Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib, bir sıra tapşırıqlar verilib.

Bu proseslərdən sonra Xəzərin ekoloji durumu yaxşılaşa bilərmi? Ümumiyyətlə, bu yöndə verilən tapşırıqlar necə dəyərləndirilir?

Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, Xəzər dənizinin, o cümlədən Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezidentin müvafiq sərəncamları var və buna görə ardıcıl tədbirlər həyata keçirilir:

“Prezident İlham Əliyev neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kanalizasiya, tullantı sularının idarə olunması və xüsusilə Bakı Buxtasının təmizlənməsi üçün davamlı olaraq müvafiq tapşırıqlar verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması ilə əlaqədar aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırıb. Yanvarın 27-də keçirilən iclas faktiki olaraq uzun illərdir müzakirə olunan, lakin sistemli şəkildə həllinə başlanmayan bir problemin dövlət səviyyəsində açıq şəkildə etirafı kimi qiymətləndirilə bilər. Köhnə neft quyularının və estakadaların ləğvi, Bakı Buxtasında çirklənmənin aradan qaldırılması ilə bağlı verilən tapşırıqlar həm ekoloji, həm sosial, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki Xəzər dənizi onilliklər boyu intensiv neft-qaz hasilatı, şəhər kanalizasiya axıntıları və nəzarətsiz antropogen fəaliyyətin təsiri altında qalıb. Xüsusilə Abşeron yarmadası və Bakı Buxtası köhnə istismaradan çıxmış neft quyuları, paslanmış estakadalar, dibdə yığılan neftlə çirklənmiş lil qatları səbəbindən çirklənmə mənbəyinə çevrilib. Dəniz suyunun son illər çəkilməsi isə bunu vizual olaraq daha da aşkar edib və metal konstruksiyalar sahilə yaxın ərazilərdə ekoloji, o cümlədən təhlükəsizlik risklərini artırıb”.

İradə Həsənova

Ekoloq bildirib ki, məsələ təkcə şəhərin görünüşü deyil, dərin ekoloji deqradasiyasıdır:

“Suyun səthindəki neft ləkələrinin və tullantıların təmizlənməsi, sahilə çıxmış metal konstruksiyaların kənarlaşdırılması sanitariya və ictimai sağlamlıq baxımından müsbət nəticə verəcək, şəhər mühitinin estetik görünüşünü yaxşılaşdıracaq. Lakin buxtanın real ekoloji bərpası üçün dib çöküntülərinin rekultivasiyası, şəhər və sənaye axıntılarının tam nəzarətə alınması, uzunmüddətli su keyfiyyəti monitorinqi vacib şərtdir. Bunlar olmadan Bakı Buxtasında ekoloji sabitlik əldə etmək mümkün deyil. Köhnə neft quyularının və estakadaların ləğvi təkcə texniki tədbir deyil, ekoloji məsuliyyətin göstəricisidir. Əgər bu addımlar ardıcıl, elmi əsaslı və şəffaf şəkildə icra olunarsa, Xəzər dənizi və Bakı Buxtası üçün real dəyişikliklərin başlanğıcı ola bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri