Türkiyədə nazirlər kabineti toplandı
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident kabineti toplanıb. Toplantıda Suriyadakı son inkişaflar qiymətləndiriləcək.
Turkustan.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasının gündəliyində yeni minimum əməkhaqqının müəyyən edilməsi ilə bağlı işdəki son vəziyyət də müzakirə olunacaq. Həmçinin Suriyadakı hadisələrlə bağlı atılacaq yeni addımlar gündəmə gələcək.
Terror təşkilatı PKK/YPG-nin bölgədə varlığına son qoymaq üçün görülən tədbirlərə yenidən baxılacaq.
Xarici işlər naziri Hakan Fidanın Dəməşq səfərindən sonra Suriyada yeni administrasiya ilə planlaşdırılan əlaqələr qiymətləndiriləcək.
Terrorla mübarizə, İsrailin qırğın hücumlarına son qoymaq üçün atılan addımlar, Fələstinə humanitar yardımların son vəziyyəti dəyərləndiriləcək.
Görüşdən sonra prezident Ərdoğan açıqlama verəcək.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:154
Bu xəbər 23 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















