Icma.az
close
up
RU
Nazirlik 21 milyonluq tenderi hansı şirkətə verib? “Azərbaycanda ən nəhəng informasiya resursu yaradılır” AzPolitika onlayn siyasi ictimai qəzet

Nazirlik 21 milyonluq tenderi hansı şirkətə verib? “Azərbaycanda ən nəhəng informasiya resursu yaradılır” AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İqtisadiyyat Nazirliyinin 21 milyon manat dəyərində elan etdiyi “Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması” ilə bağlı tender Azərbaycanın ən nəhəng informasiya resursunun hazırlanması ilə bağlıdır”.

“AzPolitika” xəbər verir ki, bunu multmedia sahəsi üzrə ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, 250 səhifəlik texniki şərtlər toplusundan görsənirdi ki, layihə ölkə miqyasında bütün mövcud coğrafi məlumatların toplanması, saxlanması, emal edilməsi və istifadəsi üçün nəzərdə tutulan bir informasiya sistemini yaratmağı hədəfləyib.

Ekspert qeyd edir ki, layihədə çoxsaylı məlumatların - topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri , su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları, fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s. inteqrasiya olunduğu rəqəmsal resursun yaradılması nəzərdə tutulur.

“Tenderə Azərbaycanın ən böyük İT şirkətləri, “Best Comp”, CASPEL, SİNAM, ULTRA şirkətləri qatılmışdı. Tenderlə bağlı müddət bir neçə dəfə uzadılsa da, uzun müzakirələrdən sonra artıq məlumat verilib ki, CASPEL şirkəti, “Cyberpoint” və RİSK şirkətləri ilə birləşərək bu tenderi udub və adı çəkilən informasiya resursunun hazırlanması ilə bağlı 19 milyonluq bir müqavilə imzalanıb. Görünür, ölkənin ən böyük İT şirkəti olan CASPEL üçün də təklikdə bu tenderdə qalib gəlmək çətin olub” – deyə, O. Gündüz bildirib.

O.Gündüz xatırladır ki, uzun illər bu layihəni reallaşdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, prosesə az qala 10 il bundan öncə başlanıb və ən geci 2019-cu ilə hazır olmalıydı.

Ekspert qeyd edir ki, əvvəllər bu sahə ilə Dövlət Torpaq Komitəsi, sonradan Əmlak Məsələləri Dövlət Xidməti, ASAN, RİNN, sonradan İqtisadiyyat Nazirliyi müxtəlif formalarda məşğul olub: “İllər öncə hətta İsrailin “Ofek Aerial Photography” şirkətilə müqavilələr də bağlanmışdı. Amma nədənsə sonralar bu reallşmadı. Görünür, hökumət bu cür strateji bir layihəni yerli şirkətlərə verməyi üstün tutub, hansı ki, hesab edirəm bu, çox doğru bir yanaşmadır.

Bildiyim qədər artıq CASPEL partnyor şirkətlərlə birgə Milli Məkan Məlumatları infrastrukturunun qurulmasına və informasiya sisteminin hazırlanmasına start verib. Ümid edirəm CASPEL və digər partnyorlar maraqlı tərəfləri də bu nəhəng layihənin icrasına cəlb edəcəklər”.

Ekspert düşünür ki, İqtisadiyyat Nazirliyi yetərincə ictimai əhəmiyyət kəsb edəb bu layihənin icrasına ictimai nəzarət imkanlarını yaratması da çox vacibdir: “Tenderdə konsorsium formasında qalib olan hər bir şirkətin sektordakı təcrübəsini nəzərə alaraq ümid edirəm ki, hamı üçün əlçatan olan, ən yüksək texnologiyalar əsasında qurulan bir faydalı informasiya resursu ortaya çıxara biləcəklər. Fikrimcə, bu resursun rəqəmsal hökumət infrastrukturuna inteqrasiyası ilə yanaşı, hazırda qurulması nəzərdə tutulan Superkompüter Mərkəzinə də inteqrasiya etmək doğru olardı. Kritik resursların siyahıları açıqlanmasa da düşünmək olar ki, bu cür strateji və ciddi bir informasiya resursu da dərhal kritik informasiya infrastrukturuna və DTX və XRİTDX-nin nəzarət perimetrinə daxil edilib”.

O.Gündüz hesab edir ki, dövlət və özəl sektor üçün, həmçinin elm sektoru və vətəndaşlar üçün nəzərdə tutulan bu nəhəng ictimai resurs ölkənin rəqəmsal transformasiyası üçün, daha doğru və effektiv qərarların qəbulu üçün mühüm əhəmiyyət kəsb edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri