Icma.az
close
up
RU
“Nazirlik adından zəng edirdilər” Pensiyaya görə 25 min? KONKRET

“Nazirlik adından zəng edirdilər” Pensiyaya görə 25 min? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakıda pensiyaya düzəlmək istəyən qadının başına iş gəlib. O, pensiya almaq üçün 25 min manat pul veribmiş…

KONKRET.az xəbər verir ki, Pərvanə M. pensiyaya düzəlmək üçün Sabir A. adlı, əvvəlcədən tanımadığı şəxsə 25 min manat pul verib.

İstintaqla müəyyən edilib ki, Sabir A. yüksək vəzifədə işləyən şəxslərlə əlaqələrinin olduğunu deyərək pensiya məsələsini həll edəcəyini bildirib.

Zərərçəkmiş qadın deyib ki, pulu ələ keçiriləndən sonra müxtəlif bəhanələrlə aldadılıb:

“Mən Sabiri Vüqarın vasitəsi ilə tanımışam. Vüqar bizim mağazanın yanında təndir işlədirdi. Artıq işlər yaxşı getmirdi. Mağazanın kirayəsini də verə bilmirdim. Vüqar dedi ki, Sabir pensiya düzəldə bilir. Onun oğluna da düzəltmişdi. Mən də razılaşdım.

Sabir əvvəlcə məni inandırmaq üçün dedi ki, Səhiyyə Nazirliyindən zəng edəcəklər. Bir nəfər zəng edib özünü Orxan kimi təqdim etdi. Amma sonradan bəlli oldu ki, nazirlikdə işləmirmiş. Yalandan belə plan qurublar. Telefondakı yazışmalarımız qalır. Hamısında təsdiq edib ki, 25 mini məndən pensiya düzəltmək üçün alıb. Mənə başqa-başqa nömrələrdən zəng edirdi. Deyirdilər ki, guya pensiya kartım hazırdır. Uzun müddət belə yalanlar deyildi. Zəng edən özü imiş. Hər dəfə deyirdilər ki, pensiyam karta yığılır”.

Təqsirləndirilən Sabir bildirib ki, pensiya işini həll etmək üçün 7 min manat alıb. 9 min manat da borc alıb. Onun sözlərinə görə, qalan 9 min manat verilmiş pula görə hesablanan faizdir. O deyib ki, pensiya düzəltmək üçün heç bir vəzifəli tanışı olmayıb.

Binəqədi Rayon Məhkəməsi Sabir barəsində hökm çıxarıb. Hökmə əsasən, onun barəsində 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.//Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri