Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elm və Təhsil Nazirliyi Masallı rayonunun Boradigah qəsəbəsindən olan bir qrup sakinin Nizami Gəncəvi adına 1 saylı orta məktəbin qəzalı vəziyyətdə olmasıyla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə ünvanladığı müraciətə cavab verib.
Reyting.az-ın məlumatına görə, nazirlik müraciətə cavabında bildirir ki, 2020-2021-ci illərdə Masallı rayonu Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbin idman və akt zalının (əlavə korpusda) dam örtüyünün əsaslı təmirinin aparılması üçün söküntü işlərinə başlanılan zaman binanın yükdaşıma gücünün zəif olduğu aşkarlanaraq işlər dayandırılıb. Bununla bağlı binanın (hər iki korpus) müayinəsi üçün müvafiq qurumlara müraciət olunub və məktəb binasının qəzalı olduğuna dair müvafiq rəy verilib. Rəyə uyğun olaraq məktəb binasının sökülərək yeni binanın tikintisi məqsədəuyğun hesab edilib. Hazırda 624 şagird yerlik tam orta məktəbin layihələndirməsi başa çatıb.
Təhsil müəssisəsinin tikintisi məsələsinə növbəti illərin dövlət investisiya proqramı çərçivəsində baxılacaq.
Qeyd edək ki, Boradigah sakinlərinin müraciəti “Reytinq” Onlayn Qəzetində paylaşılıb:
My Webpage
Bu mövzuda digər xəbərlər:Boradigah haqqında dəyərli tədqiqat
02 Noyabr 2025 20:02
Nazirlikdən Boradigah sakinlərinə cavab: Qəzalı məktəb binası söküləcək və yeni bina tikiləcək
25 Noyabr 2024 14:46
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
10 May 2025 11:34
Boradigah haqqında dəyərli tədqiqat Elmira Axundova
03 Noyabr 2025 10:59
Boradigah sakinlərindən Prezidentə müraciət: Məktəbimiz uşmaq təhlükəsindədir
07 Noyabr 2024 16:59
Baxış sayı:55
Bu xəbər 25 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















