Icma.az
close
up
RU
Boradigah haqqında dəyərli tədqiqat

Boradigah haqqında dəyərli tədqiqat

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Elmira Axundova
Azərbaycanın Xalq yazıçısı,
Filologiya üzrə fəlsəfə doktoru

Hər bir insanın “kiçik vətəni” var, yəni ya özünün, ya da dədə-babalarının doğulduğu məkan. Öz “kiçik vətəni” ilə sıx bağlı olan insanlar var ki, başqa məkanlarda yaşadıqlarına baxmayaraq, doğma ocağı unutmurlar. Məqam düşən kimi ya qohumların yanına, ya da ata evinə üz tutur, burada rahatlıq tapırlar, mənən dincəlirlər; necə deyərlər, “kiçik vətən”inin həm suyu, həm havası onlara xoş gəlir.

Mənim atam həm Moskvada, həm də sonralar uzun zaman Bakıda yaşayıb, Bakının köhnə məhəllələrinin birində özünə ev tikib, orada 4 uşaq böyüdüb. Ancaq ayda bir-iki dəfə mütləq Mollaoba kəndinə gedərdi, ata evində bir-iki gün qalar, dost-tanış və qohumlarla görüşər və oradan mənən dincəlmiş, ruhlanmış qayıdardı.

Mollaoba Boradigaha bitişik kənddi, oranın camaatı, demək olar ki, qaynayıb-qarışıb bir-birlərinə. Mən uşaqlıq və yeniyetməlik dövrlərində yayda dəfələrlə ora getmişəm. Orada asudə vaxtımı keçirmişəm, Azərbaycan dilində danışmağa başlamışam. Və 2000-ci illərin əvvəllərində tale elə gətirdi ki, mən bu ərazidən deputat seçildim. Düz 15 il 71 saylı Masallı kənd seçki dairəsindən xalqın etimadını qazanıb oranın millət vəkili oldum.
Bütün bunlara görə bu diyarın tarixi, görkəmli simaları, abidələri və s. mənim üçün maraqlı idi. Eşidəndə ki, həmkarım, tanınmış jurnalist Sücəddin Şərifov Boradigah haqqında kitab yazır, çox sevindim, hətta Milli Məclisin arxivindən bir neçə sənədin əldə edilməsində köməklik göstərdim.
Və hal-hazırda kitab stolumun üstündədir. Düzü, onun zəngin, dolğun məzmununa, informasiya bolluğuna, sistemli, düşünülmüş tərtibinə valeh oldum. Əslində, bu adı kitab deyil, bu Boradigah və daha geniş mənada Cənub bölgəsi haqqında ensiklopedik nəşrdir. İnanmaq olmur ki, bu kitab cəmi 15 aya yazılıb və bir müəllifin zəhmətinin məhsuludur.
Əvvəla Sücəddin müəllim burada çox güclü elmi potensialını göstərib – kitabda yüzlərlə elmi mənbələrə istinad olunur, özü də onlar orqanik surətdə müəllifin fikirləri və mülahizələri ilə birləşir. Kitab öz iri həcmliliyinə baxmayaraq, ancaq və ancaq faktlar əsasında qurulub, burada boş, artıq, təkrar olunan cümlələrə, ifadələrə rast gəlmirsən. Ancaq faktlar və yenə də danılmaz faktlar!
Qədim tarix və müasir dövr, məscidlər və abidələr, işğalçılara qarşı üsyanlar və Vətən müharibələrində göstərilən igidliklər. Repressiya qurbanları, əsassız sürgün edilənlər, şəhidlərimiz, qabaqcıl əmək adamlarımız, veteranlar, deputatlar, elm və incəsənət xadimləri. Hər kəs burada öz layiqli yerini tapıb.
Oxuyursan və valeh olursan: ilahi, bu məkan necə də qeyri-adi enerjiyə malikdir ki, respublikada və onun hüdudlarından kənarda tanınan nə qədər böyük, şöhrətli insanlar burada doğulmuşlar!
Bu dəyərli tədqiqat bir çox elm adamlarına, yazıçılara, sənətşünaslara və s. kömək edəcək, bu bölgədə gedən mürəkkəb proseslərə aydınlıq gətirəcək. Digərlərini də ruhlandıracaq ki, onlar da öz “kiçik vətən”ləri haqqında belə əsərlər yaratsınlar. Və bu əsərlər kiçik mozaika kimi gələcəkdə böyük Azərbaycanımızın möhtəşəm tarixi kartını yaradacaq.
Düşünürəm ki, bu əsərə görə Sücəddin Şərifova mütləq şəkildə elmi ad düşür: ən azı tarix üzrə fəlsəfə doktoru. Bu ada o, tam layiqdir.
Həmkarımı bu uğurlu kitaba görə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri