Nazirlik bu xidməti tamamilə dayandırdı
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Azərbaycanda dövlət satınalmalarında inzibati cərimə arayışının elektron verilməsi dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl eSatınalma portalında (etender.gov.az) inteqrasiya olunmayan bu xidmət daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında təqdim edilirdi. Lakin hazırda həmin elektron xidmət də dayandırılıb.
“Nəticədə hüquqi şəxslər arayışı yalnız ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinə kağız formada müraciət etməklə ala bilirlər. Bu isə rəqəmsallaşma yönündə geriyə addım kimi qiymətləndirilir.
Məsələ ilə bağlı aparılan araşdırmalar göstərir ki, xidmət əslində rəqəmsallaşdırılıb, lakin Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinin eSatınalma portalına inteqrasiya mümkün olmayıb. Səbəb kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinin arayış üçün tələb olunan məlumatları Məhkəmə-Hüquq Şurasından elektron formada əldə edə bilməməsi göstərilir.
Elektron xidmətin deaktiv edilməsi dövlət qurumları arasında koordinasiya çatışmazlığı kimi dəyərləndirilir. Ekspertlər hesab edir ki, rəqəmsal hökumət prinsiplərinə uyğun olaraq xidmətlərin dayandırılmadan, fasiləsiz və tam inteqrasiya edilmiş şəkildə təqdim olunması təmin edilməlidir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Məhkəmə-Hüquq Şurasının problemi qısa zamanda həll edəcəyi gözlənilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















