Icma.az
close
up
RU
Nazirlik Bakıda məşhur mağazanın fəaliyyətini dayandırdı

Nazirlik Bakıda məşhur mağazanın fəaliyyətini dayandırdı

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

BAKU.WS xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən "Magavto" MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməyib;

- anbar otaqlarında ştepsel elektrik yuvaları quraşdırılıb, tavan hissəsində isə taxta konstruksiyaların üzəri ilə elektrik xətləri çəkilib;

- anbar sahəsində mallar "Yanğın Təhlükəsizliyi Qaydaları"nın tələblərinə uyğun yığılmayıb;

- işıqlandırıcı cihazların qapalı plafona keçirilməsi təmin edilməyib;

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur;

- təxliyə yolları təmiz saxlanılmayıb və obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;

- bina və otaqlarda konstruksiyaların səthləri yanar materialla üzlənilib;

- köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb;

- insanların təxliyəsi üçün "Çıxış" sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən "Magavto" MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 İyul 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri