Icma.az
close
up
RU
Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları AÇIQLADI

Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları AÇIQLADI

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ay Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində insan inkişafı, yaşıl iş yerləri, hamı üçün layiqli əmək, sosial müdafiə mövzularında geniş müzakirələr aparacaq.

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, noyabrın 18-də keçiriləcək “İqlimə dayanıqlı gələcək üçün insan inkişafına investisiya” üzrə yüksək səviyyəli görüş iqlim dəyişikliyinə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşunda yaxşı təcrübələrin mübadiləsi, həmin sərmayələr üçün öhdəlikləri səfərbər edilməsi məqsədi daşıyacaq.

Nazirlərin, habelə müxtəlif ölkələrdən, BMT agentliklərindən və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin bir araya gələcəyi tədbirdə iqlimə dayanıqlı iqtisadiyyata keçidin əmək bazarına təsirləri, insan kapitalının daha yaxşı sosial müdafiə və təkmilləşdirilmiş bacarıqlar vasitəsilə iqlim hadisələrinə dayanıqlılığının artırılması, insan inkişafının gücləndirilməsində təhsil, səhiyyə, iş və bacarıqlar arasında sinerji yaratmağın dəyərləri nəzərdən keçiriləcək.

“Yaşıl iş yerləri və bacarıqlar” adlı dəyirmi masada yaşıl iş yerləri üçün işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və məşğulluq, habelə həssas əhali qrupları üçün yaşıl iş yerlərinə çıxış imkanlarının yaradılması, bu sahələrdə əməkdaşlıq və daha önəmli sərmayə qoyuluşu əsas müzakirə predmeti olacaq.

“İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” adlı tədbirdə isə iqlim maliyyəsinin həssas qruplardan olan insanlara necə dəstək ola bilməsinə, sosial müdafiənin roluna dair müzakirələr aparılacaq.

Noyabrın 20-21-də “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu”nun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə iqlim dəyişmələri və ədalətli keçid zamanı yaşıl iş yerləri, dayanıqlı müəssisələr və dairəvi iqtisadiyyat yanaşmalarını təşviq etmək üçün iqlim planlarının gücləndirilməsi, bu sahədə bilik və təcrübə mübadilələrinin aparılması məsələləri əhatə olunacaq. Habelə maliyyə mexanizmləri və enerji sektorunda Beynəlxalq Əmək Təşkilatının ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçidə dair Təlimatlarının tətbiqi və s. məsələlər müzakirə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri