Nazirlik: Dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödəniş...
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət tədbirlərinə dəvət olunan müğənnilər aidiyyəti struktur tərəfindən müəyyən edilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
"Əsas kriteriyalar ondan ibarətdir ki, onların sənəti, peşəkarlığı, habelə müvafiq nailiyyətləri və uğurları olsun”, - deyə nazir müavini əlavə edib.
O, belə tədbirlərə dəvət olunan müğənnilərə qonorar ödənilib-ödənilməməsinə də aydınlıq gətirib: “Son üç ildə nazirlik bu məsələyə həssas yanaşır. Dövlət tədbirlərində iştirak edən incəsənət nümayəndələrinin – aktyorların, musiqiçilərin, rejissorların və digər yaradıcı şəxslərin əməyinin qiymətləndirilməsini Mədəniyyət Nazirliyi diqqət mərkəzində saxlayır. Belə tədbirlərdə iştirak edən şəxslərə ödənişlərin həyata keçirilməsi mövcud qaydalar və müqavilə şərtləri əsasında təmin olunur”.
Fərid Cəfərov vurğulayıb ki, bu proses şəffaf mexanizmlər üzərindən, dövlət büdcəsi çərçivəsində ayrılmış vəsaitlər hesabına icra edilir.
“Hər bir konkret hal fərdi şəkildə qiymətləndirilir və ödənişin məbləği layihənin miqyası, xarakteri və iştirakçının rolu nəzərə alınmaqla müəyyən olunur. Məqsəd yaradıcı insanların əməyinə dəyər verilməsi, onların dövlət tədbirlərində fəal iştirakının təşviq olunması və mədəniyyət sahəsində peşəkarlığın daha da gücləndirilməsidir”, - nazir müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















