Icma.az
close
up
RU
Nazirlik Əli Həsənova bağlı şirkətlə əməkdaşlığı dayandırıb? Təfərrüat

Nazirlik Əli Həsənova bağlı şirkətlə əməkdaşlığı dayandırıb? Təfərrüat

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Pressinform” MMC (VÖEN- 1500784131) olub.
Yeniavaz.com
xəbər verir ki, “Pressinform” MMC Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinə 70 min ədəd “Azərbaycan Müəllimi” qəzeti satacaq.
“Pressinform” nazirliyin regional idarələrinə satdığı 70 min ədəd qəzet üçün 63 min manat alacaq. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qəzetin qiyməti 90 qəpik təşkil edəcək.
Məlumat üçün bildirək ki, “Azərbaycan Müəllimi” qəzeti həftədə bir dəfə – şənbə günlər çap olunur. Qəzetin 1 mart 2025-ci il tarixli sonuncu sayında göstərilir ki, qəzetin tirajı 440, sifariş isə 467 ədəd olub. 12 səhifədən ibarət qəzetin satış qiyməti isə qeyd olunmayıb.
Qeyd edək ki, hazırda ölkədə satılan qəzetlərin əksəriyyəti 16 səhifə ilə çap olunur və orta qiyməti 58 qəpik təşkil edir.
“Dövlət Satınalmaları Haqqında “Qanunun 19-cu maddəsində göstərilir ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. 16 səhifəlik qəzetlərin orta pərakəndə satış qiyməti 58 qəpik olduğu halda, 12 səhifəlik qəzetin 1 ədədinin 90 qəpiyə satılması Qanunun qeyd olunan tələbinə uyğun gəlmir.
Xatırladaq ki, ötən il Abşeron-Xızı Regional Təhsil İdarəsinə satılan 70 min ədəd “Azərbaycan Müəllimi” qəzeti üçün nazirlik “Azərmətbuatyayımı” ASC-yə (VÖEN-1500515761) builkindən daha çox – 70 min manat (1 ədəd 1 manat) ödəyib.
Ümumiyyətlə, ötən il nazirliyin “Azərbaycan Müəllimi” qəzeti ilə bağlı bütün tenderlərində “Azərmətbuatyayımı” ASC qalib olub. Bu il ilk dəfə olaraq nazirliyin tenderində başqa bir şirkət qalib olur.
Onu da bildirək ki, “Azərmətbuatyayımı” ASC Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətdir.
Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Nazirlik Əli Həsənova bağlı şirkətlə 115 min manatlıq müqavilə imzaladı – Müəmmalı tender
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2052

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see224

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see159

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see128

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri