Icma.az
close
up
RU
Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı

Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Açıqlanan rəsmi məlumata görə, ümumi dəyəri 13 min 788 manat olan satınalma müqaviləsi mətbu orqanlara abunə olunması və çatdırılma ilə bağlıdır.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”da yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan “Atom qida” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.
Bunlardan başqa, hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.
Xatırladaq ki, ötən ilin mart ayında da Mədəniyyət Nazirliyi “Azərmətbuatyayımı” ASC ilə 15, 1 min manatlıq oxşar müqavilə imzalayıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri