Icma.az
close
up
RU
Nazirlik işə qarışdı, qiymətlər qalxdı Plastik cərrahların hoqqaları sərhəd tanımır

Nazirlik işə qarışdı, qiymətlər qalxdı Plastik cərrahların hoqqaları sərhəd tanımır

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Son aylarda plastik cərrahların fəaliyyətinin ciddi yoxlanması nəticəsində 2025-ci ilin fevral ayında bir neçə plastik cərrahın sertifikasiya şəhadətnamələri ləğv edildi. Səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası hələ fəaliyyətini davam etdirir.

Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlamanı davam etdirir.  Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Proses hələ davam etsə də, tələblərə cavab verməyən bəzilərinin bu sektordan çıxarılması həm cərrahların, həm də klinikaların fəaliyyətinə ciddi təsir göstərib. Belə ki, yoxlamalar və cəzalar səbəbindən artıq bu sahədə fəaliyyət göstərənlərin sayı azalıb. Məlumata görə, bunun nəticəsində plastik və estetik xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə bahalaşıb.

Dərman və tibbi vasitələrin qiyməti stabil qalsa da, kosmetoloqlar, plastik cərrahlar  öz xidmət haqlarını artırıblar. Bunun əsas səbəbi isə sektorda daha az sayda mütəxəssisin qalması və onların “mən saxta deyiləm” mesajı vermək istəməsidir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyyə standartlarının protokollarına uyğun həyata keçirilir: “Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir. Məsələn, Azərbaycanda çox icra olunan burun əməliyyatının qiyməti 800 AZN ilə 4500 AZN arası dəyişirdi. Burun əməliyyatının qiyməti ortalama 1700-2500 AZN arası idi.

Qeyd edək ki, mövzu ilə bağlı bir neçə estetik cərrahla əlaqə saxladıq, onlar cavab verməkdən yayındılar. Bildirdilər ki, araşdırmalar hələ davam etdiyinə görə açıqlama verməyə icazələri yoxdur.

Mia.az-ın məlumatına görə, Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Plastik əməliyyatlar sahəsində baş verən son proseslər gözlənilən idi. Belə ki, sənədləri təsdiqlənmiş əməliyyatların sayında müşahidə olunan azalma, bu sahədə yüksək tələbat fonunda qiymətlərin dəyişməsinə səbəb ola bilərdi. Əslində qiymət artımına dair müəyyən sərbəstlik əvvəldən mövcud idi və klinikalar bu çərçivədə hansı xidmətlərə hansı tarifləri tətbiq edəcəklərini özləri müəyyənləşdirirdilər. Bu da o deməkdir ki, qiymətlərdə vahidlik yoxdur və müxtəlif klinikalarda fərqli təkliflər mövcuddur.

Bazar iqtisadiyyatının qaydalarına əsasən, fərqli seçimlərin olması təbiidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xidmətlər adətən icbari tibbi sığorta paketlərinə daxil edilmir. Bu səbəbdən də burada tətbiq olunan qiymət siyasəti fərqli yanaşmalarla müşayiət oluna bilər.

Digər tərəfdən, nazirliyin də vurğuladığı kimi, estetik əməliyyatlara qərar verilməzdən əvvəl peşəkar konsultasiyaların alınması mühüm əhəmiyyət daşıyır. Əgər əməliyyatlar həqiqətən də sağlamlıq üçün zəruridirsə, və ya insanın psixoloji rahatlığını təmin etmək üçündürsə, əlbəttə ki, belə müdaxilələr zəruri hesab oluna bilər. Lakin müşahidələr göstərir ki, bir çox hallarda insanlar sırf vizual dəyişikliyə nail olmaq məqsədilə təkrar-təkrar əməliyyatlara üz tuturlar. Görünür, qiymət artımı və mövcud ajiotaj fonunda insanlar bu sahədə qərar qəbul edərkən daha düşünülmüş və məsuliyyətli davranmalı olacaqlar. Bununla belə, mövcud vəziyyətin keçici xarakter daşıdığını düşünürəm. Hazırkı qeyri-sabitlik müəyyən müddət sonra bazarda balansın bərpa olunmasına, nəticədə isə qiymətlərin daha adekvat və dayanıqlı səviyyəyə enməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri növünə, cərrahın təcrübəsinə və klinikanın nüfuzuna görə dəyişir. Rinoplastika (burun əməliyyatı) 800 manatdan başlayaraq 3000 manata qədər yüksələ bilər. Məsələn, bəzi klinikalarda rinoplastika əməliyyatı 1000-1200 manat aralığında təklif olunur, digər klinikalarda isə qiymətlər 1500 manatdan başlayır. Mamoplastikanın (süd vəzilərinin böyüdülməsi) qiyməti təxminən 2500 manatdan başlayır. Abdominoplastika (qarın gərmə): Bu əməliyyatın qiyməti 2000 manatdan başlayır. Liposaksiya (bədəndən artıq piylərin götürülməsi): Qiymətlər 1500 manatdan başlayır. Blefaroplastika (göz qapaqlarının korreksiyası): Göz ətrafındakı qırışların yığışdırılması əməliyyatı 800-1000 manata başa gəlir. Bu qiymətlər təxminidir, klinikadan və cərrahın təcrübəsindən asılı olaraq dəyişə bilər.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri