Nazirlik: Noyabrın 21 də Abşeron Milli Parkına giriş ödənişsiz olacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
“Milli parkları yaxından tanıyaq” devizi ilə noyabrın 21-də Abşeron Milli Parkında “Açıq qapı” günü və maarifləndirici tədbir təşkil ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün parkı ziyarət edən hər kəs üçün giriş ödənişsiz olacaq.
Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkı dəniz sahilində yerləşən nadir ekosistemlərin, vəhşi təbiətin qorunduğu xüsusi mühafizə olunan təbiət ərazisidir.
Sahəsinə görə ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkının Bakı şəhərinə yaxın yerləşməsi onu təbiətsevərlər üçün daha əlçatan və cəlbedici məkanlardan birinə çevirir.
“Azərbaycan xəritəsində "qartalın dimdiyi" kimi tanınan, açıq dənizə yönəlmiş özünəməxsus və möhtəşəm mənzərəsi ilə seçilən Şah Dili ərazisi Xəzər dənizi sahillərində füsunkar təbiət görüntüləri ilə diqqəti cəlb edir. Nazirlik hər kəsi nadir təbiət guşəsini görməyə dəvət edir. Abşeron Milli Parkı açıq havada istirahət etmək, təbiətin sakitliyini və gözəlliyini doyunca yaşamaq istəyənlərin yolunu gözləyir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















