Icma.az
close
up
RU
Nazirlik qarmon müəllimini bağışlamadı Ödədiyi 16 min qaytarılacaq

Nazirlik qarmon müəllimini bağışlamadı Ödədiyi 16 min qaytarılacaq

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini, hazırda qarmon müəllimi işləyən Lalə Zakirovanın dövlət büdcəsinə ödədiyi pul geri qaytarılacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu qərar işdə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyinin etirazı əsasında çıxarılıb.

64 yaşlı Lalə Zakirova təhsil mərkəzinə ayrılmış 32 min 215 manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. O, birinci instansiyada özünü təqsirli bilməsə də, barəsində həbsli axtarış qərarı çıxarılandan sonra ziyanı tam ödəyib. Bundan əlavə, cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi miqdarında - 16 min 107 manat dövlət rüsumu verib.

Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, mənimsəmə və dələduzluq hallarında dəymiş ziyan tam ödənildikdə və dövlət rüsumu keçirildikdə təqsirləndirilən şəxs barədə cinayət işinə xitam verilərək məsuliyyətdən azad edilə bilər. Günümüzdə məhkəmələrdə bu cür hallar kifayət qədərdir.

Lakin Lalə Zakirovanın işində vəziyyət fərqli olub. Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə təqsirləndirilən şəxslə barışmadıqlarını bildirib.

Müdafiə tərəfi isə nazirliyin bu mövqeyi ilə razılaşmayıb. Vəkil hüquqi şəxsin etirazının başadüşülən olmadığını deyib: “Zərərçəkmiş qurumun hansısa məmurunun şəxsi ambisiyası nəticəsində dövlət büdcəsinə ödənilmiş 16 min manat pul niyə geri qaytarılmalıdır? Bundan əlavə, qanunda hüquqi şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi anlayışı yoxdur”.

Lalə Zakirovaya daha əvvəl sanksiya həddindən aşağı cəza təyin olunaraq 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. Amma hökm elan olunmazdan əvvəl o, məhkəmə zalından qaçmışdı. Həbsli axtarışda olan xanım müttəhim apellyasiya məhkəməsində iştirak edib. O, ziyanı tam ödədiyini və dövlət rüsumunu keçirdiyi üçün cinayət işinə xitam verilməsini xahiş edib.

Hökmdən eyni zamanda prokuror da protest verib. İttiham tərəfi zərərçəkmiş şəxsin barışmamasını da nəzərə alaraq təqsirləndirilən şəxsin sanksiya həddində, yəni 5 ildən 10 ilə kimi həbslə cəzalandırılmasını tələb edib.

Sumqayıt Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra yekun qərarını elan edib. Hakimlər təqsirləndirilən şəxsin yaşını və dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq onu həbsə göndərməyi ədalətli hesab etməyiblər.

Qərara əsasən, Lalə Zakirovaya 5 il müddətinə şərti cəza verilib. Həmçinin, onun cinayət işinə xitam verilməsi üçün ödədiyi 16 min 107 manat pul zərərçəkmiş nazirliyin “barışıq yoxdur” ərizəsi nəzərə alınaraq dövlət büdcəsindən özünə geri qaytarılacaq.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri