Icma.az
close
up
RU
Nazirlik rus bölməsində Azərbaycan tarixi məsələsinə nöqtə QOYDU

Nazirlik rus bölməsində Azərbaycan tarixi məsələsinə nöqtə QOYDU

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın zamanlarda tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan ədəbiyyatı nümunələrinin də dövlət dilində keçirilməsi nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin Azərbaycan ədəbi nümunələrini original mənbədən olduğu kimi oxuyub anlaması mənimsəməni də gücləndirir. Çünki əksər hallarda fərqli mədəniyyətlərə sahib olan xalqların tarixi keçmişi və ənənələri əsasında yaradılmış əsərlər olduğu kimi oxunduğu zaman həqiqi mənasını ifadə edir və oxucunu düzgün məntiqi nəticəyə yönləndirir.

“Ümumi təhsil müəssisələrində tədris olunan humanitar fənlər, xüsusilə, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, o cümlədən, çağırışaqədərki hazırlıq şagirdlərdə milli kimliyin formalaşması və vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rola malikdir. Bu səbəbdən sözügedən fənlərin öz ana dilimizdə tədris olunması vacib addımdır. Çünki bizim övladlarımız öz mədəniyyəti və tarixi haqqında öz dilində düşünərək ən düzgün təəssüratı əldə edə bilər.

Son illərdə Azərbaycan dilinin tədrisinə və onun öyrənilməsinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılmasına xüsusi önəm verilir. Belə ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılıb (həftədə 2 saatdan 3 saata). Həmin siniflərdə Zəfər tarixi və Ortaq türk tarixi kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur.

Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması bu istiqamətdə aparılan məqsədyönlü işlərin tərkib hissəsidir”, - deyə açıqlamada bildirilib.

Vurğulanıb ki, “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır:

“Qanunda qeyd edilmiş bu maddənin yeni redaksiyada yəni sözügedən fənlərin məhz Azərbaycan dilində tədris edilməsinin növbəti dövrdə nəzərə alınması məqsədəuyğun hesab olunur.

Ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə digər dillər üzrə şagird qəbulu aparılır. Eyni zamanda bəzi məktəblərdə beynəlxalq akkreditə olunmuş proqramların da tədrisinə şərait yaradılıb. Bu təhsil sistemində digər xalqların nümayəndələrinin təhsilinə şərait yaradılması baxımından nümunəvi tolerant addımdır.

2022-2023-cü ildə pilot olaraq 20 ümumi təhsil müəssisəsində icrasına başlanılmış ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihəsi uğurla nəticələndiyi üçün layihənin əhatə dairəsi genişləndirilmiş və 6-cı sinifdə də tətbiq edilməsi barədə qərar verilib. Rus bölmələrində təhsil alan şagirdlərin əksəriyyəti azərbaycanlı ailələrdən olduğu üçün prosesin bu formatda davam etdirilməsi məqsədəuyğun addım kimi qiymətləndirilir”.

Xatırladaq ki, Bakı məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı məhkəmədə iddia qaldırıb. Buna səbəb isə 5-ci sinif rus bölməsində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisidir. Valideynlər uşaqlarının dərsi anlamaqda çətinlik çəkdiyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri